Gürcüstanda ötən sutkada koronavirusa 1 374 yeni yoluxma halı təsdiqlənib, 422 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 290 129 nəfər yoluxub. Onların 278 251-i sağalıb, 3 894-ü ölüb.
Son 24 saat ərzində 37 524 test yoxlaması aparılıb.
Qeyd edək ki, ötən gün sutkalıq yoluxma sayı 359 təşkil edib.
pia.az