Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” paytaxtda və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir

Müştərilərin ehtiyaclarını qarşılamaqla keyfiyyətli xidmətlər təklif edən “Nar” satış və xidmət mərkəzlərini yeniləməyə davam edir. Mükəmməl müştəri təcrübəsi təqdim etmək məqsədilə mobil operator Fəvvarələr meydanı, “Elmlər Akademiyası”, “Sahil”, “Əhmədli” metrostansiyaları yaxınlığındakı, eləcə də Lənkəran, Şəki, Quba da daxil olmaqla 22 “Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.

“Nar” mərkəzlərdə rəqəmsal panellər quraşdıraraq ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edir. Mağazalarda nömrələrin üzərində əməliyyatların aparılması, satışı da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Bundan başqa, yenilənmiş “Nar” mağazalarında mobil telefonların, cihazların və müxtəlif aksesuarların nağd və ya kredit ilə satışı da həyata keçirilir.

“Azerfon”un Baş İcraçı direktoru Qunnar Pankenin sözlərinə görə, şirkətin müştəriyönümlü strategiyasının bir hissəsi kimi “Nar” həm Bakı, həm də bölgələrdə bütün satış və xidmət mərkəzlərini yeniləməyi hədəfləyib: “Pərakəndə satış kanallarımızın yenilənməsi layihəsinin ən vacib mərhələlərindən birini yekunlaşdırdıq, paytaxt və regionlar üzrə 22 “Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərimizin ixtiyarına verdik. Artıq yenilənmiş mağazalarımızda satış və xidmətlər vahid məkanda təqdim edilir. Müştərilərimizə daha yaxın olmaqla, məlumat və xidmətlərin daha rahat əldə edilməsini təmin edirik. Yenilənmiş mağazalar “Nar” brendinin müştəri yönümlü yanaşmasının daha da gücləndirilməsinə və müştərilərin mağaza təcrübəsinin mükəmməlləşdirilməsinə xidmət edir”.

Qeyd edək ki, sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar