Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İstəyirlər ki, İlqar Məmmədovdan nəsə düzəltsinlər, o da alınmır”

REAL Partiyasının sədri İlqar Məmmədovun həbsxanada olduğu müddətdə cəmiyyətin bir qismi onu Azərbaycanın Saakaşvilisi adlandırırdı. Həmin şəxslər hesab edirdilər ki, İlqar Məmmədov həbsdən çıxdıqdan sonra ölkənin siyasi həyatında ciddi təlatümlər baş verəcək. Amma bu illər ərzində dəyişən sadəcə İlqar Məmmədova qarşı münasibət oldu. Xüsusilə son günlər REAL-a və onun səndinə yanaşmada fərqli mənzərə ortaya çıxıb. Sosial şəbəkələrdə onun ünvanına çoxlu tənqidlərə yer verilir.

Maraqlıdır, İlqar Məmmədov ona bəslənilən ümidləri niyə doğrultmadı?

Məsələni Yenisabah.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, vaxtilə İlqar Məmmədovdan potensialı çatmayan bir obraz yaratmağa cəhd ediblər:

“Bu, süni şəkildə yaradılan bir imic idi. Mən bu barədə fikrimi hələ o vaxt demişəm. İlqar Məmmədov təzə bir adam deyil. Əksinə, Azərbaycan müxalifətinin ən köhnə fəallarındandır. Vaxtilə AMİP-in funksioneri olub. Əslində, onun üçün onun gücü, potensialı çatmayan bir obraz yaratmağa cəhd edirdilər. Bu, bir sosial eksperimentdir. Amma görünür ki, göstərdiyi eksperiment də qumun, suyun üzərində yazılan yazı kimi getdi.

Açığını deyim ki, o müxalifətçilik fəsəfəsinə yiyələnməmiş bir adamdır. Sadəcə olaraq boğazdan yuxarı, süni bir müxalifətçi obrazı ortaya qoymağa çalışır ki, o da alınmır. Kimlərsə onun üzərində bir proyekt qurdular, istədilər ki, ondan nəsə düzəltsinlər, amma onun potensialı buna imkan vermədi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar