Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fukuyama, Türk PUA-ları və Atlantik İttifaqı - Dünyaca ünlü strateq Türkiyənin önəmindən yazıb...

Fukuyama məqaləsində PUA-ların dövlətlərarası qarşıdurmaların mahiyyətini dəyişdirdiyini, Türkiyənin bu yerli texnologiya ilə dünyanın yeni qlobal mənzərəsini formalaşdırdığını qeyd edib...

Hande Orhon Özdağ
“The İndependent” qəzeti, 11 aprel 2021-ci il

Amerikalı politoloq Frensis Fukuyama “American Purpose” jurnalında çıxan bir məqaləsində Türkiyənin silahlı pilotsuz uçuş aparatı (PUA) texnologiyası vasitəsilə regionda ABŞ, Rusiya və Çindən daha üstün bir gücə çevrildiyini iddia edib. Həmçinin, Fukuyama məqaləsində PUA-ların dövlətlərarası qarşıdurmaların mahiyyətini dəyişdirdiyini, Türkiyənin bu yerli texnologiya ilə dünyanın yeni qlobal mənzərəsini formalaşdırdığını yazıb və PUA-ların Türkiyə üçün milli qürur mənbəyinə çevrildiyini qeyd edib.

1990-cı illərdə Sovet İttifaqının çökdüyü dövrdə “tarixin sonu” tezisini ortaya ataraq beynəlxalq münasibətlərlə bağlı müzakirələrə damğa vuran Fukuyamanın Türkiyə ilə bağlı çıxışı Türkiyə mediasında da öz yerini alıb. Türk mediası, xüsusilə, Fukuyamanın Türkiyənin güclü aktyor olması və hərbi uğurlarının bölgəni formalaşdırması istiqamətində verdiyi açıqlamaları gündəmə gətirib.

Ancaq təəccüblüdür ki, Türkiyənin Atlantik İttifaqından ayrılmasını və Avrasiyaya meyilli bir xarici siyasət izləməsini müdafiə edən media təşkilatları da bu yazını gündəmə çıxarıblar. Çünki Fukuyamanın məqaləsində Türkiyənin Atlantik ittifaqındakı mövqeyini qorumağın vacibliyini vurğulayan bir çox gizli arqument irəli sürülüb.

ABŞ-ın tətbiq etdiyi embarqo Türkiyəyə müstəqillik gətirdi?

Yazıda ilk olaraq qeyd edilir ki, Türkiyənin yerli PUA istehsal etmək ideyasının təməli 1975-ci ildə ABŞ-ın tətbiq etdiyi hərbi embarqoya əsaslanıb. Buna görə də, o dövrdə Türkiyədə “Predator” və “Reaper” satışının qadağan edilməsi gündəmə gəldikdə Türkiyə İsrailə yönəldi, amma razı qalmadı.

Fukuyamanın ABŞ-ın embarqosunu vurğulaması bu gün üçün vacib bir nüansdır. ABŞ-ın bu embarqosu Türkiyə Kiprə müdaxilə edən zaman gündəmə gəlmişdi. O dövrdə Türkiyənin bu addımı NATO-nun mənafeyinə zidd olaraq müstəqilliyə doğru atılmış bir addım kimi qəbul edilmişdi. Bu gün Türkiyə, həqiqətən də, oxşar bir vəziyyətlə üz-üzə qalıb.

Atlantik İttifaqı həm S-400 məsələsini, həm də Türkiyənin Aralıq dənizinin şərqindəki son fəaliyyətlərini İttifaqdan çıxıb, müstəqilləşmək istiqamətində atılmış addımlar kimi qiymətləndirir. Üstəlik, Türkiyənin ilk dəfə S-400-lərə yönəlməsinin səbəbi “Patriot”ların satışı ilə bağlı problemlər idi.

Beləliklə, Fukuyama keçmişdə tətbiq olunna embarqonun Türkiyəni ABŞ-dan müstəqil bir aktyor olmağa təşviq etdiyini də xatırladır. Bu məqalənin ABŞ tərəfindən “CAATSA” çərçivəsində gündəmə gətirilən sanksiyaların tətbiq olunmağa başladığı dönəmdə yazılması da olduqca maraqlıdır.

Türkiyə hələ də Atlantik İttifaqının maraqlarına xidmət etməyə davam edirmi?

Fukuyamanın məqaləsindəki ikinci böyük arqument isə Türkiyənin PUA-ları hansı aktyorlara qarşı, hansı məqsədlərlə istifadə etməsi ilə bağlıdır.

Fukuyamanın fikrincə, Türkiyə Yaxın Şərqdə müstəqil bir aktyor kimi siyasət yürütsə də, əslində, Atlantik ittifaqının mənafeyinə uyğun addımlar atır.

Əvvəla, Rusiya Suriyadakı türk qüvvələrinə hücum etdikdən sonra, Türkiyənin də Suriyada PUA-lardan effektiv şəkildə istifadə etməsi qeyd olunur. Fukuyamanın sözlərinə görə, Türkiyə S-400-ləri aldığı halda, Suriyada Rusiyaya PUA-larla hücum edib. Hətta Türkiyənin İdlibi azad edərək Əsədin Avropa üçün ciddi problem olan qaçqın böhranına yol açmasına da mane olduğu iddia edilir.

Digər tərəfdən, bu yazının Avropa Birliyi nümayəndə heyətinin uzun müddət sonra Türkiyəyə səfər etdiyi bir vaxtda ortaya çıxması da təsadüfi görünmür.

Liviyada türk PUA-larının Həftara qarşı istifadəsini də müsbət qiymətləndirən Fukuyama: “Həftar Tripolini fəth etsəydi, dünyanın necə bir yer olacağını bilə bilməzdik”, deyə qeyd edib. Daha da önəmlisi odur ki, Türkiyənin Ukraynaya PUA satdığını deyən Fukuyama bunun bölgədəki qarşıdurmaları həll edəcək bir həmlə olduğunu vurğulayıb.

Yenə də maraqlıdır ki, Ukrayna məsələsinin alovlandığı, Rusiyanın sərhədə hərbi güc topladığı bir dönəmdə Fukuyama Atlantik ittifaqına Türkiyənin Ukraynanın yanında olduğunu xatırladıb.

Fukuyama, eyni zamanda, Dağlıq Qarabağ məsələsinə toxunaraq Türkiyənin öz PUA-ları ilə Azərbaycana kömək etməsininin milli qürur mənbəyi olduğunu bildirib.

Bu, yaxınlaşan 24 aprel tarixinin Türkiyə üçün vacibliyini göstərən amildir.

Bir sözlə, Fukuyama Türkiyənin hərbi cəhətdən müstəqilləşməsinin səbəbkarının ABŞ olduğunu bildirərkən, eyni zamanda, Türkiyənin hazırda Atlantik ittifaqının mənafeyinə necə xidmət edəcəyini izah edib.

Fukuyama, həmçinin, 2005-ci ildə “Le Figaro”ya verdiyi bir açıqlamada 11 sentyabrdan sonra Türkiyənin önəmini vurğulayıb və ABŞ-ın Türkiyəni gücləndirmək üçün Avropa Birliyi üzvlüyünü dəstəklədiyini iddia edib. Həmin illərdə Türkiyənin ABŞAvropa Birliyi ilə münasibətlərinin, demək olar, qızıl dövrü idi. Fukuyamanın son məqaləsinin də bənzər bir prosesi müşayiət edib-etmədiyini təxmin etmək çətindir.

Digər tərəfdən, Fukuyamanın məqaləsi türk xarici siyasətinin istiqamətini şübhə altına almaq baxımından olduqca mənalıdır. Yazını Türkiyə gündəminə gətirənlər məsələyə bir az da bu çərçivədən yanaşmalıdırlar.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: PUA Fukuyama

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar