Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid qızı: “Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın xəbəri gəldi” - Video

Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı İqbal Bayramovun qızı atası haqqında xatirələrini dilə gətirib.

Qafqazinfo” xəbər verir ki, o, atası ilə sonuncu telefon danışığını xatırlayıb və ali məktəbə qəbul olması ilə bağlı xəbərdən beş dəqiqə sonra atasının şəhid xəbərini aldıqlarını bildirib.

“Atamla telefonla danışdıq, dedi narahat olma, ata qayıdacaq, hər şey yaxşı olacaq.

Torpaqlarımızı geri qaytarandan sonra sizi ora gəzməyə aparacağam. Ayın 5-i (oktyabr) axşamtərəfi hamımız bir yerə yığışmışdıq. Hansı universitetə qəbul olmağımla bağlı xəbər çıxdı. Ondan beş dəqiqə sonra isə atamın şəhid xəbəri gəldi...”

Şəhid qızı atasının ona aldığı hədiyyədən - boyunbağıdan da danışıb. Bildirib ki, bu, atasının ona sonuncu hədiyyəsidir və həmişə üzərində gəzdirir.

Qeyd edək ki, İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəranın Hirkan qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı - oktyabrın 5-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bayramov İqbal Əhmədağa oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar