Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali İqtisad Məktəbi: Dünya iqtisadiyyatı bu il böhrandan çıxmayacaq

Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranın 2021-ci ildə dəf ediləcəyinə dair proqnozlar özünü doğrultmur.

“Report” “TASS”-a istinadən xəbər verir ki, belə bir qənaət Rusiyanın “Ali İqtisad Məktəbi Milli Tədqiqat Universiteti” və Rusiya Sənayeçi və İş Adamları Birliyi tərəfindən hazırlanmış hesabatda yer alır.

Hesabat müəlliflərinə görə, 2020-ci ildə dünya iqtisadiyyatına mənfi təsir göstərmiş amillər hələ də aradan qaldırılmayıb.

“Karantin tədbirlərinin müxtəlif gücü, ayrı-ayrı ölkələrdə peyvəndləmənin müxtəlif sürəti, habelə virusun yeni, daha təhlükəli ştamların üzə çıxması bundan sonra da ölkə iqtisadiyyatlarına, dünya boyu tədarük zəncirlərinə mənfi təsir edəcək”, – deyə sənəddə qeyd olunur. Beləliklə, hökumətlər iqtisadi siyasətini uzunmüddətli tənəzzülə uyğunlaşdırmalıdır.

Pandemiya dövründə dövlət biznes sektorunu və əhalini səmərəli dəstəkləsə də, dövlətin qiymətlərə müdaxiləsi, dövlətin payı olduğu şirkətlərin güclənməsi gələcəkdə müəyyən fəsadlar doğura bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar