Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın aprel sürprizləri - Rusiya və ABŞ arasında qalan Ukrayna üçün NATO nə edə bilər?..

Bu illər ərzində Almaniya və Fransa Vaşinqton, Moskva və Kiyev arasında vasitəçilik etməyə çalışsalar da, vəziyyəti daha da çıxılmaz hala saldılar...

Hüda Hüseyni
“Şarkul Avsat” qəzeti, 8 aprel 2021-ci il

Bu həftə Rusiya prezidenti Vladimir Putin üçün sürprizlərlə dolu bir həftə oldu. Rusiya hökuməti bazar ertəsi günü Putinin 2036-cı ilə qədər Kremldəki vəzifəsində qalmasına icazə verən bir qanun imzalandığını elan edib. Bu dəyişikliklər 68 yaşlı Putinin 83 yaşına qədər hakimiyyətdə qalmasını təmin edir.

Başqa bir sürpriz isə Rusiyanın gözlənilməz qərarla Şimal qütbündə böyük bir hərbi güc toplaması oldu. Peyk şəkillərindən də aydın olduğu kimi, ölkə iqlim dəyişikliyi səbəbiylə buzları əriyən bir ərazidə son silahlarını sınaqdan keçirib. Rusiyanın bu fəaliyyəti ilə Arktika sahillərinin təhlükəsizliyini təmin etməyi və Asiyadan Avropaya böyük bir nəqliyyat yolu açmağı hədəfləyir.

Digər tərəfdən, silah mütəxəssisləri rus super silahı olan “Poseydon 2M39” torpedosu ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bu “xəyali” torpedo hədəfə qoyulan sahilin bəzi hissələrini on illər boyunca qeyri-işlək hala gətirən radioaktiv dalğalara səbəb ola bilər. ABŞ-ın hərbi rəsmiləri Rusiyanın yeni əraziləri ələ keçirməyə və dəniz yollarına nəzarət etməyə davam edəcəyindən narahatdırlar.

Üçüncü sürpriz isə Rusiyanın hərbi qüvvələrini Ukrayna sərhədində və Krımda yerləşdirməsi oldu. Çıxan xəbərlərdən sonra ABŞ dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb. ABŞ-ın baş qərargah rəisi Mark Milli də rus və ukraynalı həmkarları ilə əlaqə saxlayıb. Blinken Rusiyanın davamlı təcavüzü qarşısında ABŞ-ın Ukraynaya verdiyi dəstəyi təkrarlayıb və ölkənin şərqindəki təhlükəsizlik vəziyyətinə görə narahat olduğunu bildirib.

Ukrayna Silahlı Qüvvələrinin komandanı general Ruslan Xomçak və rus həmkarı Valeri Gerasimov Donetsk bölgəsində gərginliyin artması və münaqişənin qızışması ilə bağlı qarşılıqlı ittihamlar irəli sürüblər. Həmçinin, keçən cümə günü ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə ilk rəsmi telefon görüşünü həyata keçirib və ölkə sərhədləri yaxınlığında Rusiya qüvvələri ilə qarşıdurmasında Kiyevə dəstək veriləcəyini təsdiqləyib. Digər tərəfdən, sosial mediada çıxan yazılarda Rusiya tanklarının Krım torpaqlarından və Krasnodar şəhəri yaxınlığından qatarla daşındığı qeyd edilib. ABŞ-ın Avropa qüvvələri komandiri general Tod Uolters komandanlığın bu hadisədən sonra Amerika qüvvələrini hazır vəziyyətə gətirdiyini bildirib. Kreml ötən bazar ertəsi günü verdiyi açıqlamada: “Biz heç kimi təhdid etmirik. Ehtiyac olduğu üçün qüvvələrimizi Ukrayna sərhədi boyunca hərəkətə keçiririk”, deyərək vəziyyəti əsaslandırmağa çalışıb.

Rus qüvvələrinin 2014-cü ilin fevralında Krımı işğal etməsindən və Moskvanın Donbasdakı rusiyapərəst qiyama rəhbərlik etmək üçün gizli, xüsusi agentləri göndərməsindən bu yana Ukrayna ilə Rusiya arasındakı qarşıdurma Amerika siyasətinin hər sahəsinə daxil oldu. Ukrayna böhranı Amerikanın prezident siyasətinə də təsir etdi. Keçmiş prezident Donald Trampın istefası ilə bağlı aparılan istintaq bunlardan birincisi idi. Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə prezidentliyə namizəd olan Co Baydenin imicinə xələl gətirəcək məlumatları araşdırması üçün təzyiq göstərməkdə günahlandırılırdı. Trampın səlahiyyətlərindən sui-istifadə etməsinə birbaşa şahid olan yüksək səviyyəli diplomatik nümayəndə heyəti də faktiki olaraq ləğv edildi. Bundan sonra da Rusiya prezidentlik yarışında Co Baydenə qarşı amansız bir qarayaxma kampaniyası apardı və oğlu Hanter Baydenin Ukraynadakı iş müqaviləsindən istifadə edərək Baydenin imicinə xələl gətirməyə çalışdı. Şübhəsiz ki, Moskva ABŞNATO-nun Ukrayna ordusuna verdiyi davamlı dəstəyə görə Co Baydeni hədəf aldı. Elə buna görədir ki, Bayden prezident olan kimi bu dəstəyi davam etdirəcəyinə söz verdi.

Bundan əlavə, ABŞ Milli Təhlükəsizlik Şurası Trampın vəkili Rudi Qiliani ilə birgə sui-qəsd planı quran Ukraynanın keçmiş baş prokuroru Andrey Derkaçı Baydenin Ukraynadakı hərəkətləri barədə yalan məlumat yaymaqda günahlandırmağa belə əl atdı. Bu vaxt Donbas bölgəsindəki ciddi iqtisadi zərərlə yanaşı, həm də Ukraynanın şərqindəki humanitar itkilər də artmağa davam etdi. Ukrayna hökuməti bir qarşıdurmada 14.000 adamın öldüyünü açıqlayıb. Bütün bunlara baxmayaraq, nə ABŞ, nə də NATO müttəfiqləri Rusiyanın Ukraynaya nəzarət etmək üçün çoxşaxəli müharibəsinə qarşı doğru strategiya həyata keçirə bildi. Ukrayna Rusiyanın neft və qazla zəngin isti su yollarına çıxışı və Avropadakı nüfuzuna görə böyük bir döyüş meydanına çevrildi. Bu illər ərzində Almaniya və Fransa Vaşinqton, MoskvaKiyev arasında vasitəçilik etməyə çalışsalar da, vəziyyəti daha da çıxılmaz hala saldılar. Ağ Evdəki bir administrasiyadan digərinə qədər bir çox fərqli səbəblərə görə Kiyev Rusiya ilə ABŞ arasındakı gərginliyin ortasında qalıb.

Mart ayının əvvəlində Pentaqon Baydenin rəhbərliyi altında Ukraynaya ilk olaraq 125 milyon dollarlıq hərbi yardım edəcəyini elan edib. Bu yardım paketinə anti-radar raketləri, peyk görüntüləmə və tibbi yardım üçün geniş imkanlar daxildir. Bundan əlavə, yardım paketinin bir hissəsi olaraq “Javelin” tank əleyhinə olan raketlərin dəstəyi də ikiqat artırılıb. Bayden adminstrasiyasının hərbi yardımı elan edildikdən bir müddət sonra Moskva Krım və Sevastopolun rəsmi şəkildə birləşdirilnəsi ilə bağlı fərqli bir diplomatiya mənimsəyib. Şübhəsiz ki, Moskva Donbass ilə olan sərhəd boyunca “mərci artıraraq” qarşılıq vermək istəyib. ABŞAvropanın isə sanksiyaları artıracağı gözlənilir.

Bəs bütün bu proseslərdən sonra hansı vəziyyətlə üz-üzə qalmışıq? NATO həqiqətən nə edə bilər? Bu sualın cavabı ən azı hərbi baxımdan olduqca sadədir. Putin də bunu bilir. Buna görə də, Rusiya Müdafiə Nazirliyindəki şahinlər və kəşfiyyat xidmətləri ABŞNATO-nun səbrini sınamağa davam edirlər. Ancaq ABŞNATO-dakı müttəfiqlərinin keçmişdən bəri öyrəndiyi bəzi məsələlər var.

Bu çərçivədə, 2018-ci ilin noyabr ayındakı vəziyyəti nəzərdən keçirək. Bir rus döyüş gəmisi Azov dənizindəki Kerç boğazında Ukrayna donanmasına bağlı olan patrul gəmisi ilə toqquşdu və 24 ukraynalı dənizçini saxladı. Buna cavab olaraq da ABŞ sanksiyaları artırdı və NATO ilə birlikdə Qara dənizdə patrul xidmətlərini daha da gücləndirdi. Lakin bu, dənizçilərin vəziyyətindəki böhranı həll edə bilmədi. İşlər 2019-cu ilin may ayında dəyişməyə başladı. Hamburqdakı Beynəlxalq Dənizçilik Məhkəməsi zədələnmiş patrul gəmilərinin geri qaytarılmasını tələb edərək Ukraynanın lehinə qərar verdi. Ukrayna dənizçilərin sərbəst buraxılması üçün 6 ay sonra uğurlu bir sövdələşmə apardı.

İndi hər yerdə sanksiyalar gözlənilir və qınından çıxan qılınc səsləri eşidilir. Əsas məsələ ABŞNATO-nun qaydalara əsaslanan bir sistemin gücləndirilməsi ilə bağlı bütün variantları müəyyənləşdirmiş olmasıdır. Bu cür zəmanətlər ABŞ-ın Avropa müttəfiqləri üçün dəfələrlə daha dəyərli olacaq. Avropalılar isə ABŞ-la NATO-nun Rusiyaya qarşı hücumlarının qarşısını almaq üçün Rusiyanın aparacağı əməliyyatları öncədən bilməyə çalışacaqlar.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar