Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə xaosa gedir - Ermənistanda yeni hərbi-siyasi  böhran yaşanır...

Ermənistan dövlətinin acizliyi və heç bir müstəqil addım ata bilməmsi bu ölkəni uçuruma sürükləyir...

Politoloq: “Ermənistandakı hərbi-siyasi böhran yeni mərhələyə daxil olub. Bu böhran daha çox hakimiyyətə inamsızlıq və itaətsizliklə müşaiyət olnur”.

“Bu məsələdə əsas günahkarlar həmin əsgərləri duversiya məqsədi ilə bəyanatdan bir ay sonra, dekabr ayında Azərbaycanın işğaldan azad olunan ərazilərinə yollayanlardır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanda yaşanan yeni siyasi-hərbi böhranı PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanda yeni siyasi-hərbi böhran yaşanmaqdadır. Azərbaycanda həbsdə olan diversantların yaxınları ikinci gündür ki, Ermənistan Müdafiə Nazirliyini mühasirədə saxlayırlar. Son məlumatlara görə bəzi etirazçılar Müdafiə Nazirliyinin binasına daxil olmağa cəhd edəndən sonra nazirlik əməkdaşlarının evakuasiya olunması haqda qərar qəbul edilib.

Erməni teleqram kanallarının yazdığına görə nazirliyin əməkdaşlarını helikopterlərlə ərazidən çıxarır və Erebuni hava limanına aparırlar. Ordan isə avtobuslar evakuasiya olunanları metroya daşıyır. Belə görünür ki, müharibə vəziyyətində olan ölkənin müdafiə nazirliyinin fəaliyyəti iflic olub.

Bu böhranın seçkilərə və Ermənistan ordusuna təsirləri barədə nə demək olar? Ümumiyyətlə baş verənləri xaos kimi dəyərləndirmək olarmı?

Ermənistandakı son vəziyyəti PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Üçtərəfli bəyanatdan sonra diversantların Azərbaycana göndərilməsini Rusiyaya bağlı generallar təşkil etmişdi. Məqsəd Paşinyanı çətin vəziyyətə salmaq və üçtərəli bəyanatı pozmaq idi”.

Ermənistanda hərbi-siyasi vəziyyətin daha da çətinləşəcəyini və etirazların davam edəcəyini proqnoz edən politoloq PİA.az-a bildirib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda hüquqi statusları bəlli olmadığına görə, bu qeyri-müəyyənlik Moskvanın marağını təmin edir:

Ermənistandakı hərbi-siyasi böhran yeni mərhələyə daxil olub. Bu böhran daha çox hakimiyyətə inamsızlıq və itaətsizliklə müşaiyət olnur. Neçə gündür ki, Azərbaycanda saxlanılan diversantların yaxınları Müdafiə Nazirliyi qarşısında mitinq edirlər. Onların tək tələbi var: Övladları geri qaytarılsın. Bu tələbin qarşısında isə, istər Ermənistan höküməti, istərsə də Ermənistanın müdafiə Nazirliyi acizdir. Onlar sadəcə ilə Azərbaycanda saxlanılan diversantların həbsdən buraxılması üçün durmadan Rusiyadan xahiş edirlər. Elə çərşənbə günü Moskvada reallaşan görüşdə də Paşinyanın Putindən əsas xahişi bu olub.

Göründüyü kimi Azərbaycan bu məsələdə çox prinspialdır və ermənilərin bütün cəhdləri uğursuzluğa düçar olur. Bu da Ermənistanda xəyal qırıqlığı yaratmaqla yanaşı, dövlət hakimiyyətinə inamsızlıq aşılayır. Yəni artıq hər bir erməni anlayır ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan dövləti gücsüz və acizdir.

Bu məsələdə əsas günahkarlar həmin əsgərləri duversiya məqsədi ilə bəyanatdan bir ay sonra, dekabr ayında Azərbaycanın işğaldan azad olunan ərazilərinə yollayanlardır. Müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçirən valideynlər də bu əmri verən Baş Qərargahdan və generallardan hesab sorur. Onlar hesab edirlər ki, övladlarını Azərbaycana yollayanlar da onları geri verməlidir. Və bu məslədə də çox haqlıdırlar.

Həmçinin bu baş verənlər Azərbaycanın maraqlarına cavab verir. Çünki, Ermənistan vətəndaşları Qarabağda məcburi hərbi xidmətə getməyəcəklər.

Məhəmməd Əsədullazadə: “Diversantların hansı məqsədlə Azərbaycana göndərildiyini Rusiyada da yaxşı başa düşürlər. Ancaq Rusiya da porseslərin bu məcrada davam etməsində maraqlıdır”.

Təbii ki, bu fonda Ermənistnda siyasi və hərbi böhranı dərinləşəcək. Artıq demək olar ki, Ermənistan Müdafiə Nazirliyinin fəaliyyəti iflic olub. Bu prosses, yəni xaotik durum digər strukturlara da sirayət edəcək.

Ümumilikdə götürərsək, dünən içində diversantlar olan təyyarənin Yeravana uçması ilə bağlı rəsmi xəbərin yayılması və təyyarənin Erebuniyə boş enməsi Paşinyanın mövqeyinə ciddi zərbə vurdu və bu Ermənistanda olan böhranı daha da dərinləşdirməkdədir. Müdafiə Nazirliyindəki vəziyyət isə erməni cəmiyyətində böhranın nə qədər dərinə işləməsinin göstəricisidir.

Qeyd edim ki, Üçtərəfli bəyanatdan sonra diversantların Azərbaycana göndərilməsini Rusiyaya bağlı generallar təşkil etmişdi. Məqsəd Paşinyanı çətin vəziyyətə salmaq və üçtərəli bəyanatı pozmaq idi. İndi porses müəyyən qədər onların maraqlarına cavab verir. Seçki öncəsi bu Paşinyananın imicinə mənfi təsir edəcək.

Diversantların hansı məqsədlə Azərbaycana göndərildiyini Rusiyada da yaxşı başa düşürlər. Ancaq Rusiya da porseslərin bu məcrada davam etməsində maraqlıdır. Çünki diversantlar həbsdə qaldığı müddətdə üçtərəfli bəyanatın 4-cü və 9-cu bəndlərinin yerinə yetirilməsi az mümkün görünür. Rusiya sülhməramlılarının Dağlıq Qarabağda hüquqi statusları bəlli olmadığına görə, bu qeyri-müəyyənlik Moskvanın marağını təmin edir. Çünki bu vəziyyətdə hər iki tərəf Rusiyaya birbaşa ehtiyac duyur”.

Nərminə UMUDLU
pia.az


Etiket: Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar