Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

S,Novruzov: "Mən mömin adamam, kim onu deyirsə, Allah ona qənim olsun"

“Allah ona qənim olsun” – Deputat qarğış elədi
Xəbər verdiyimiz kimi, ötən gün millət vəkili Siyavuş Novruzov “Musavat TV”nin efirində sabiq deputat və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə canlı debatda olub. Lakin debat orada müzakirə olunan mövzulardan daha çox S. Novruzovun çıxışı ilə müzakirələrə səbəb olub. Belə ki, onun çıxış zamanı deyəcəyi sözü yaddan çıxarması, sosial şəbəkələrdə səhhətində problemin olması ilə əlaqələndirilib.

PİA.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a açıqlama verən S. Novruzov bildirib ki, səhhətində heç bir problem yoxdur və bu iddiaları yayanlar canlı debat zamanı adını hallandırdığı şəxslərdir:

“İndi mənim çıxışım kimə sərf etmirsə, nə yazırlar, qoy yazsınlar. Allah canlarını sağ eləsin. Səhhətim də cağbacağdır. Allah hamını qorusun. Kim də nə deyirsə, Allah ona qənim olsun. Mənim orada çıxışım kimlərə sərf etmirsə, orada müəyyən adamların adını çəkdim, onlar bu işlə məşğul olurlar, bunu yayırlar. Mənim dediyim şeiri qoyublar yutuba, bunu Bəxtiyar Vahabzadə yazıb, mən yazmamışam”.

Millət vəkili debat zamanı sərxoş olması ilə bağlı yayılan iddialara isə belə cavab verdi: “Mən debata Seyidlə (Mirmahmud Mirəlioğlu) getmişdim, mömin adamam. Mən neçə illər dini komitənin (Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi) sədri işləmişəm. Çıxış müzakirəyə səbəb olub, deməli yaxşı çıxış olub. Müzakirəyə səbəb olmazsa yaxşı çıxış olmur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar