Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artan qiymətlər fonunda aşağı düşən keyfiyyət - Ərzaq qiymətləri əhalinin qazancları ilə mütanasibdir?

Bir çox ekspertlər də hesab edirlər ki, inhisarçı şirkətlər qiymətləri süni şəkildə artırır və məhsulun keyfiyyətini aşağı salırlar...

Sosioloq: “Bu gün ərzaq bazarındakı qiymətlər aztəminatlı əhalinin gəlirlərinə adekvat deyil, daha dəqiq desək onların bu məhsulları almaq imkanları yoxdur”.

“Hazırda ərzaq bazarında əsas monopolistlər - əlbəttə “Azərsun” və “Veysəloğlu” şirkətləri başda olmaqla - ədalətsiz qiymət siyasəti yürüdürlər”.

Bu sözləri sosioloq Elçin Bayramlı Azərbaycanda qida məhsullarında qiymətin durmadan artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda qida məhsullarında qiymət artımı durmaq bilmir. Daha əvvəl qiymət artımı dizelin bahalaşması ilə əlaqələndirilirdisə, indi artıq bunu demək olmaz. Xüsusən qiymət artımı ölkənin qida bazarında inhisara sahib olan “Azərsun” və “Veysəloğlu” şirkətlərinin mallarında baş verir. Bir çox ekspertlər də hesab edirlər ki, bu inhisarçı şirkətlər qiymətləri süni şəkildə artırırlar.

Süni şəkildə qiymət artımı hansı sosial təsirlər yaradır və indiki qiymətlər əhalinin az və orta təminatlı əhalinin qazancları ilə mütanasibdir?

Ərzaq məhsullarındakı qiymət artımını PİA.az-ın əməkdaşı “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Bazarları zəbt etmiş alverçilər qiymətin bahalaşmasında əsas rol oynayırlar. Yerli meyvə-tərəvəz sahələrdə çox ucuz alınır, amma paytaxtda bazar-dükanda 3 qat baha satılır”.

Hazırda ərzaq bazarında “Azərsun” və “Veysəloğlu” şirkətləri başda olmaqla əsas monopolistlər tərəfindən ədalətsiz qiymət siyasəti yürüdüldüyünü vurğulayan sosioloq PİA.az-a bildirib ki, bəzən obyektiv səbəbdən qiymətlər bahalaşsa da, bir çox hallarda süni olaraq qiymətləri artırır, keyfiyyəti azaldırlar:

“Əlbəttə, müxtəlif amillərin təsiri ilə, müəyyən məhsullarda bahalaşma müşahidə olunur. Amma bu hələ ki, bütün məhsulları əhatə etmir. Həm də bunu süni bahalaşma adlandırmaq olmaz. Bir çox hallarda bu, tam təbiidir. Enerji daşıyıcıları və suyun qiyməti bahalaşıbsa, belə də olmalıdır. Çünki məhsulların istehsal və maya dəyəri artıb. Bu halda istehsalçıları qiyməti bahalaşdırmamağa məcbur etməyin heç bir yolu yoxdur. Heç kim məhsulunu maya dəyərindən aşağı satmaz. Bundansa “dükanı” bağlayıb gedər.

Sadəcə, bu sahədə bir nəzarət olmalıdır ki, qiymətlər monopolist səbəblərdən ya da yaranmış vəziyyətdən sui-istifadə səbəbindən artmasın. Tutaq ki, məhsulun maya dəyəri 10 faiz artıbsa, qiyməti də 10 faiz artmalıdır, daha 30-50 faiz yox. Dövlət bunu tənzimləmək üçün kiçik və orta sahibkarlara müəyyən güzəştlər edə bilər. Monopoliyanın qarşısını tam ala bilər və s.

Hazırda ərzaq bazarında, əlbəttə “Azərsun” və “Veysəloğlu” şirkətləri başda olmaqla əsas monopolistlər tərəfindən ədalətsiz qiymət siyasəti yürüdülür. Bəzən obyektiv səbəbdən qiymətlər bahalaşsa da, bir çox hallarda süni olaraq qiymətləri artırır, keyfiyyəti azaldırlar. Çünki rəqabət mühiti yaxşı deyil və bazarda monopolistlərin çəkisi çox böyükdür.

Elçin Bayramlı: “Bazarda qıt olan məhsullar bahalaşır, bol olanlar ucuzlaşır. Buna görə də dövlət yerli istehsalı olmayan və ya çox az olan məhsullar üzrə gömrük rüsumlarını azalda bilər ki, həmin məhsullara tələb təklifi üstələməsin”.

Əlbəttə, hazırki dövrdə qiymətləri tənzimləyən səbəblərdən biri də bazarın tələb-təklif məsələsidir. Bazarda qıt olan məhsullar bahalaşır, bol olanlar ucuzlaşır. Buna görə də dövlət yerli istehsalı olmayan və ya çox az olan məhsullar üzrə gömrük rüsumlarını azalda bilər ki, həmin məhsullara tələb təklifi üstələməsin. Bundan başqa, yerli istehsalı dəstəkləmək üçün lazımi addımlar atıla biər ki, yerli məhsul istehsalı çoxalsın. Son nəticədə bazarda bolluq və ucuzluq ola bilər.

Maraqlıdır ki, ucuzlaşan və ya bahalaşmayan məhsullar əsasən xaricdən idxal olunan məhsullardır. Lakin yerli istehsal meyvə-tərəvəz bahadır. Lakin yerli məhsullarda bahalaşma təkcə kənd təsərrfüfatı məhsullarında deyil, həm də emal sənayesi qida məmulatlarındadır. Belə ki, zeytun istisna olmaqla bitki yağları, meyvə və tərəvəz konservləri, bəzi süd məhsulları, kolbasa-sosiska məmulatları və s. bahalaşıb.

Doğrusu, yerli məhsulların bahalaşmasını, idxal məhsulların ucuzlaşmasının səbəbini tam aydınlaşdırmaq çətindir, bu aşkar paradoksdur. Güman edirəm ki, bizimlə qonşu ölkələrin hamısında milli valyutaların ucuzlaşması, manatın isə sabit qalmasının da buna təsiri var. Belə ki, həmin məhsullar bizim idxalçılar tərəfindən o ölkələrdə əvvəlkindən daha ucuz alınır.

Buna baxmayaraq, yerli istehsal məhsular heç bir halda xarici məhsullardan baha ola bilməz. Çünki nə qədər ucuz alınsa da, idxal məhsullarının dəyərinə gömrük rüsumları, vergi ödənişləri, nəqliyyat xərcləri və s əlavə olunur. Kiçik fermerlərin isə belə ödənişləri yoxdur. Üstəlik, pandemiya ilə bağlı ölkədən məhsul ixracı da azalıb. Bu halda yerli məhsullar bazarda bol olmalı və qiyməti ucuzlaşmalı idi. Görünür ki, bu il daha az adam məhsul əkib becərib.

Faktiki olaraq, bazar-dükanda yerli meyvə təvəz məhsulları azlıq təşkil edir. Böyük əksəriyyəti xaricdən gətirilənlərdir ki, onların da çoxu genetik modifikasiya olunmuş və keyfiyyətsiz, ucuz alınmış məhsullardır.

Elçin Bayramlı: “Hazırki qiymətlərlə 4-5 nəfərlik ailənin mövcudluğunu qoruyub saxlaması üçün tələb olunan ən aşağı məbləğ 1000 manatdır. Lakin, ailələrin əksəriyyətinin gəlirləri bu məbləğdən xeyli aşağıdır”.

Bundan başqa, fermerlər paytaxt və digər iri şəhərlərin bazarlarına rahat çıxış əldə edə bilmirlər. Bazarları zəbt etmiş alverçilər qiymətin bahalaşmasında əsas rol oynayırlar. Yerli meyvə-tərəvəz sahələrdə çox ucuz alınır, amma paytaxtda bazar-dükanda 3 qat baha satılır. Nəticədə istehsalçı uduzur, istehlakçı uduzur, qazanan yalnız dəllallar olur.

Bu gün ərzaq bazarındakı qiymətlər aztəminatlı əhalinin gəlirlərinə adekvat deyil, daha dəqiq desək onların bu məhsulları almaq imkanları yoxdur. Hazırki qiymətlərlə 4-5 nəfərlik ailənin mövcudluğunu qoruyub saxlaması üçün tələb olunan ən aşağı məbləğ 1000 manatdır. Lakin, ailələrin əksəriyyətinin gəlirləri bu məbləğdən xeyli aşağıdır.

Üstəlik, pandemiya ucbatından yüz minlərlə insanın işsiz qalması və gəlirinin daha da azalmasını da nəzərə alsaq, demək olar ki, sosial vəziyyət qənaətbəxş deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar