Araşdırmaçı jurnalist Cavanşir Həsənlib Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin obyektlərini tapıb.
PİA.az xəbər verir ki, jurnalist icra başçısınınn Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzinin sahibi olduğunu iddia edir.
O, həmin obyektin dəyərinin milyonlarla ölçüldüyünü yazır. Və sübut kimi 2008-ci ildə tikintisinə icazə verilmiş obyektin sənədlərini də təqdim edib.
Mübariz Əhmədzadə 12 ildir ki, Zaqatalanın icra başçısıdır. O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri, baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşıdır.
Məsələ ilə bağlı Bizimyol.info- nun sorğusuna cavab olaraq, Zaqatala rayon İcra hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov bildirib ki, Qax şəhərində Mübariz Əhmədzadəyə məxsusu olduğu iddia edilən və sənədləri yayılan istirahət mərkəzi deyil. “Ən əsası isə həmin obyekt Mübariz Əhmədzadəyə məxsus deyil”.
Xəqani Məmmədov həmçinin bildirib ki, M. Əhmədzadənin Zaqatalada nəinki obyekti, heç evi yoxdur: “Evi Qax rayonundadır. Burada isə kirayədə qalır. Düzdür, Zaqatalada çoxdan işləyir, buranı yaxşı tanıyır. Amma Zaqatalada onun nə obyekti var, nə də evi. Evi Qax şəhərənidədir”.
Qeyd edək ki, bundan əvvəl hazırda həbsdə olan İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev də korrupsiya ittihamları qarşısında kirayədə yaşadığını bildurmişdi. Daha sonra DTX-nın apardığı əməliyyat sonrasında Vilyam Hacıyevin dəyəri milyonlarla ölçülən sərvəti açıqlanmışdı.
“Residence” ailəvi istirahət mərkəzinin Zaqatala rayon İcra hakimiyyəti başçısı Mübariz Əhmədzadəyə məxsus olması ilə bağlı rəsmi dşvlət sənədini təqdim edirik:
pia.az