Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dövlət katibinin köməkçisi: “Rusiya Qarabağda münaqişəni dondurmaq istəyir...”

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kent Rusiyanın Dağlıq Qarabağda münaqişəni nizamlamağa yox, yenidən dondurmağa can atdığını bəyan edib. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, diplomat bu haqda “Türk irsi” adlı Amerika qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmiş internet-seminarda çıxışı zamanı bildirib.

“Mən Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının, təxmin edildiyi kimi, Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalacağı ilə bağlı narazılığının artacağını gözləyirəm”,-Corc Kent deyib.

Amerikalı diplomat Gürcüstan xarici işlər nazirinin müavinlərindən birinin Qarabağa Rusiya qüvvələrinin yeridilməsi ilə bağlı dediklərindən sitat gətirib. “Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri deyib: “Bu həmin situasiyadır ki, Gürcüstan 1998-ci ildə üzləşmişdi. Daha sonra Azərbaycan Gürücstanın 2008-ci ildə üzləşdiyi situasiya ilə üzləşək. Sonra isə o, Gürcüstanın indi yaşadığı situasiyada olacaq””,-Corc Kent bildirib.

Diplomat qeyd edib ki, pessimist, amma realist olan dəyərləndirmələrə görə Rusiya Qarabağdakı münaqişədən öz mənfəəti üçün istifadə etməyə çalışır. Problemin həqiqətən nizamlanmasında maraqlı deyil və Ermənistanla Azərbaycanın irəli getməsinə imkan vermək istəmir.

Corc Kentin sözlərinə görə, Dağlıq Qarabağdakı münaqişəyə iki ölkəyə yekun sülh razılaşması əldə etməyə imkan verəcək şəkildə yanaşma çağırış kimi qarşıda dayanır. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması perspektivləri haqda suala cavab olaraq isə diplomat belə deyib: “Ola bilsin bu ay da deyil, bu il ərzində də deyil...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar