Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“İmperiya” və “milli dövlət” dilemması arasında ilişib qalan ABŞ - Dəyişən reallıqlar...

“İndi biz bir imperiyayıq və hərəkətə keçdikcə öz reallığımızı yaradırıq. Və siz bu reallığı təhlil edərkən, biz yenidən hərəkətə keçirik və yeni reallıqlar yaradırıq” - Respublikaçı strateq Karl Rov...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 6 aprel 2021-ci il

“İmperiya” və “milli dövlət” dilemması arasında ilişib qalan ABŞ dünyanın dəyişən reallıqlarına qarşı müharibə aparır.

Üstəlik, ABŞ hələ də dünya həqiqətlərini özünün uydurduğu “saxta reallıq”la əvəz etməkdən çəkinmir. ABŞ-ın “dünya nizamı”ndan məsuliyyət daşıması barədə ortaya atılan bir hekayə “Soyuq Müharibə” dövründən bəri Amerika geosiyasətinin əsas götürdüyü əsas bir fərziyyə oldu. Qeyd etmək lazımdır ki, bu fərziyyədən tez-tez “Amerika müdaxiləsi”ni qanuniləşdirmək üçün istifadə olunur.

Yeri gəlmişkən, ABŞ prezidentlərindən olan Corc U. Buşun beyni kimi tanınan Respublikaçı strateq Karl Rova məxsus bir sitatı xatırlatmaq istərdim. Rov bir jurnalistlə “reallığa əsaslanan cəmiyyət” konsepsiyası ilə bağlı müzakirə apararkən belə demişdi:

“Dünya artıq köhnə qaydada işləmir. İndi biz bir imperiyayıq və hərəkətə keçdikcə öz reallığımızı yaradırıq. Və siz bu reallığı təhlil edərkən, biz yenidən hərəkətə keçirik və yeni reallıqlar yaradırıq. İstəsəniz, bunları da təhlil edə bilərsiniz. Biz tarixin aktyorlarıyıq. Siz isə yalnız nələr etdiyimizi təhlil edə bilərsiniz”.

Karl Rov bu sitatla ABŞ-ın yaxın keçmişdə etdiyi hər şey açıq şəkildə ortaya çıxaran bir Amerika düşüncəsini ifşa edir. Neo-con xarici siyasət elitaları tərəfindən aldadılmış Corc Buşun Əfqanıstan və İraqda apardığı müharibələrin nəticələri göz qabağındadır. Amerikalı əsgərlər 20 ildir bu iki ölkədədir.

ABŞ indi yeni bir reallıq hekayəsi qurur. Çini “bərabər rəqib” kimi qəbul edən Amerika xarici siyasət elitaları dünyanı bu “yeni reallıq” imicinə uyğun olaraq yenidən təşkil etmək istəyirlər. Bu çərçivədə, son 10 ildə ABŞ-da böyük bir Çin ədəbiyyatı meydana gəldi. Şübhəsiz ki, Çin ABŞ üçün coğrafi-iqtisadi güc rəqabətində olduqca ciddi bir rəqibdir. Ancaq ABŞ Çinin bütün dünya üçün təhlükəli bir güc olduğu düşüncəsini yeritməyə çalışır. Bir çox amerikalı analitik ABŞ və Çin arasında gələcəkdə müharibəyə səbəb ola biləcək bir hesablaşmadan söz açır. Bu hekayə və ya proqnoz yerli hegemoniya (ABŞ) ilə digər yüksələn güc (Çin) arasında hərbi qarşıdurmanın olacağı ehtimalına əsaslanır. Qədim yunan tarixindəki “Sparta və müttəfiqləri” ilə “Afina və müttəfiqləri” arasındakı Peloponnesiya müharibələri bu hekayənin tarixi nümunələri olaraq göstərilmişdi.

Hər biri nüvə gücünə sahib olan ABŞ və Çin arasında birbaşa müharibə riski gözlənilmir. Lakin hər iki güc müharibəyə hazır olduğunu bildirməyə çalışır. Hər iki güc də “Soyuq Müharibə” dövründə olduğu kimi, digər xalqların da uzlaşmasına çalışır. Mövcud vəziyyət birdən çox oyunçu ilə oynanan beynəlxalq futbol oyununa bənzəyir. Hər iki tərəf rəqiblərini nəticələrlə təhdid edərkən, eyni zamanda, danışıqlar üçün təsir gücünü qazanmağa çalışırlar.

“Soyuq Müharibə” dövründə “silahlanma yarışı” proqramlarına baxmayaraq, ABŞ və Sovet İttifaqı üz-üzə gəlmədi. Bu iki güc arasındakı müharibəyə ən yaxın hadisə 1962-ci ildə Kubada nüvə raketləri böhranı oldu. Dünyanı nüvə müharibəsinə qədər gətirən böhran Sovet İttifaqının Kubadan, ABŞ-ın isə Türkiyədəki nüvə uclu raketlərin qaldırılmasına dair razılaşma ilə gizli şəkildə həll edilir.

Önümüzdəki dövrdə ABŞ və Çin arasındakı böyük güc rəqabətinin daha da güclənəcəyi gözlənilir. Ətrafdakı ölkələrin ixtilaf yaşadığı Cənubi Çin dənizində ABŞ və Çinin hərbi nümayişləri hərbi xərclərini artırmaq üçün hər iki gücə təzyiq göstərir. Hind-Sakit okeanındakı coğrafi-iqtisadi güc rəqabətində iştirak etmək istəyən İngiltərə, hərbi xərclərini də artırmağı hədəfləyir. Köhnə imperiyalar olan İngiltərə və Rusiya qlobal səhnədə aktiv yer tutmağa çalışırlar. Əlbəttə ki, qlobal rəqabətin taleyinə təsir edəcək regional güclər də hərəkətdədir. Dünyanı yenidən iki qütbə bölmək cəhdlərinə qarşı, yeni yaranan regional güclər “üçüncü tərəflər” olaraq tarazlayıcı rol oynaya bilər.

Yaxın gələcəkdə ABŞ-la Çin arasında bir müharibə gözlənilməsə də, tarix boyu böyük və gözlənilməz müharibələrin olduğu də hər kəsə məlumdur. Digər tərəfdən, bu günkü proqnozların sabahın reallıqları ola biləcəyini də görməzlikdən gəlmək lazım deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Çin

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Kəmaləddin Heydərov Britaniyada daha bir şirkətini ləğv edib - Sənəd

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Yeni təyinat

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

Ən çox oxunanalar