Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heç kim məni narahat etməsin“ - Çingzi Abdullayev

Yenisabah.az Xalq yazıçısı Çingiz Abdullayevlə müsahibəni təqdim edir:

- Çingiz müəllim, doğum gününüzü təbrik edirik, bu gün kimlərdən təbrik mesajı almısınız?

- Çox sağ olun, doğum günümü təmtəraqla qeyd etməyi sevmirəm, pandemiya ilə əlaqədar 62 yaşımı da xüsusi keçirmirəm. Dostlar, yaxınlar, sevənlərdən yüzlərlə təbrik almışam.

- Hazırda hansı əsərin üzərində işləyirsiniz?

- İkinci Qarabağ müharibəsinə həsr olunmuş "Vətən şərəfi" əsərini yazmışam, artıq bitirirəm.

- Gənc yazıçılardan kimlərisə oxuyursunuz?

- Əlbəttə, hətta kitab gətirirlər, həmişə gənclərlə maraqlanıram. Yazılarını gətirirlər, rəyimi, tövsiyələrimi istəyirlər. Mən də məsləhətlərimi əsirgəmirəm. Bir çox gənc mənim köməyimlə yaradıcılığa başlayıb, ya kitablar vermişik, ya tərcümə etmişik, ya da yazıların redaktəsində kömək etmişik.

- Çingiz müəllim, bir ildən çoxdur davam edən pandemiya sizə necə təsir etdi? Bəzi şəxslər karantin dönəmini yaradıcılığa daha çox vaxt ayırmaq baxımından fürsət sayır. Sizdə vəziyyət necədir?

- COVID-19 infeksiyası təkcə mənim yox, bütün dünyanın işini çətinləşdirib. Mənsə qapamanı fürsət bilmirəm. Çünki həmişə təklikdə işləyirəm, harada olmağımdan asılı olmayaraq kitablar yazıram. Əsas odur ki, heç kim məni narahat etməsin. Amma pandemiya çalışdığım bütün təşkilatlarda çətinlik yaradıb. Məsələn, komandamızın yarısı COVID-19-a yoluxmuşdu. Yazıçılar Birliyində də koronaya yoluxanlar çoxdur. Əlbəttə, çox pis situasiyadır, qorxuram ki, virus heç yaxın müddətə də bitməyə... (teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar