Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük ölkədə bahalaşmaya necə səbəb olur? – Ekspert mexanizmi şərh edir

“Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Bahalaşmanın mexanizmini izah edən Natiq Cəfərli Gömrük Komitəsinin spiralvari qiymət artımına təkan verdiyini deyir:

“Bir çox iş adamlarından aldığım məlumata görə yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib, özündən yeni sxem icad eləyib. Sadə dildə izah etməyə çalışım:

Məsələn, Kamal dayı mal gətirir, Almaniyadan alıb, rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük deyir ki, mən bu qaiməyə inanmıram, həm də Kamal dayının gətirdiyi mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam. Kamal kişi deyir, a kişi, atan yaxşı, anan yaxşı, bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam axı – Gömrük də cavab verir ki, bunun mənə dəxli yoxdur, uzaqbaşı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm.
Kamal dayı məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir, Kamal kişi bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı, indi bütün xərclər, o cümlədən Gömrüyün yeni qaimə qiymətini malın üzərinə gələndə mayası 16 manat olur, Kamal kişi məcbur olub malını topdan 18 manata satır, o zaman da malın pərakəndə qiyməti artıq 20 manata qalxır.
Hə, indi məsələnin ardı da var axı, gələn ay eyni malı Kamal kişi yenə sifarış edib gətirir, adamın işi budur, gəlir Gömrüyə, ona deyirlər ki, qaiməni boş ver, baxdıq bazara, satış qiyməti artıq 18 deyil, 20 manatdır, deməli, 19 manatdan rəsmiləşdirəcəyik.

Bax beləcə, Gömrük spiralvari qiymət artımına təkan verir, sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə hər ay çıxıb deyir ki, biz daha çox pul yığmışıq, elə bil ayaqqabı istehsal edib pul qazanırlar, yığdıqları hər manatın son ödəyicisi bizik – vətəndaşlardır…”(tia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar