Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Epidemiyanın başladığı yerdə kəşfiyyat müharibəsi gedir

ÜST-ün 123 səhifəlik hesabatında epidemiyanın harada və necə başladığı barədə məlumat verilsə də, bu hesabat epidemiyanın mənşəyini dəqiqləşdirmək əvəzinə, vəziyyəti daha da qarışdırdı...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 5 aprel 2021-ci il

Peyvəndləmə qlobal səviyyədə geniş vüsət aldıqca bu epidemiyanın sonu da görünməyə başlayır. Ancaq epidemiyanın necə başladığı barədə hələ konkret məlumat yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 123 səhifəlik hesabatında epidemiyanın harada və necə başladığı barədə məlumat verilsə də, bu hesabat epidemiyanın mənşəyini dəqiqləşdirmək əvəzinə, vəziyyəti daha da qarışdırdı.

Casuslar işə qarışdılar

Çin və Amerika kəşfiyyatı sözün əsl mənasında epidemiyanın mənşəyi və səbəbi barədə üz-üzə gəlib. Bu casus müharibəsi də alimlərin obyektiv qiymətləndirməsinə imkan vermir. Amerika da epidemiyanın Vuhandakı laboratoriyalarda baş verən bir qəza nəticəsində başladığını müdafiə edir və bunun araşdırılmalı olduğunu bildirir.

Çin kəşfiyyatı da çox aktivdir

Bununla birlikdə, Çin kəşfiyyatının nəzarəti altında olduğu iddia edilən ÜST son hesabatında epidemiyanın laboratoriya qəzasından çıxması şübhəsi ilə bağlı yalnız bir neçə cümlə qeyd edib və bunun doğru olmadığını qısaca izah edib. Bu hesabatın hazırlanması üçünsə ortaq işçi qrupuna 17-si Çin mütəxəssisi olan ÜST nümayəndələri daxil edilib. Bu mütəxəssislərdən bəzilərinin Çin kəşfiyyatı ilə işlədiyi məlumdur. Çin, bu qrupun Vuhanda aparmağa çalışdığı araşdırmalara davamlı olaraq meydan oxuyur və məlumat axınına ciddi şəkildə nəzarət edir. Nəticədə, Çinin istəmədiyi heç bir mövzu hesabata daxil edilməyib.

Buna görə də, Amerika ÜST-ün son hesabatına inanmır və onu epidemiyanın necə başladığını anlamaq üçün obyektiv bir araşdırmaya məcbur etməyə çalışır.

İlk olaraq 2018-ci ildə şübhələr meydana çıxdı

Amerika kəşfiyyatı uzun müddətdir ki, xüsusilə epidemiyanın başladığı yerdən şübhələnərək Vuhan Viroloji İnstitutuna fokuslanıb. Bu institutdakı ilk şübhəli vəziyyət 2018-ci ildə instituta gələn iki Amerika diplomatı tərəfindən göndərilən diplomatik teleqramlar sayəsində ortaya çıxıb. Bu diplomatlar institutda Covid virusu ilə bağlı tədqiqatların aparıldığını, lakin təhlükəsizlik tədbirlərinə riayət olunmadığını bildirmişdilər.

Sonuncu rəsmi kəşfiyyat hesabatı

Amerika Dövlət Departamenti tərəfindən təsdiqlənmiş son kəşfiyyat hesabatına görə, Vuhandakı institutda yarasaların daşıdığı koronavirusla bağlı geniş araşdırmalar aparılıb və bu institut Çin ordusu ilə ortaq layihələr də həyata keçirib. Həmçinin, deyilənə görə, bəzi laboratoriya işçiləri qəzalar nəticəsində Covid xəstəliyinə tutulub və Çin də bu hadisələri ört-basdır edib.

Dünya Səhiyyə Təşkilatı bu kəşfiyyat hesabatının doğru olmadığını iddia edir.

Bayden adminstrasiyası Vuhanda bir qəza olması ilə bağlı bir iddiaya inanır və bunun heç bir müdaxilə olmadan, obyektiv elmi qrup tərəfindən araşdırmalı olduğunu düşünür. Çünki ortada bir kəşfiyyat müharibəsi olduğu üçün kimin həqiqəti dediyini bilmək mümkün deyil. Ancaq dünyada Covid-ə bənzər yeni bir epidemiyanın qarşısını almaq üçün bu epidemiyanın kökləri elmi olaraq aydın şəkildə başa düşülməlidir.

Buna görə də, Çini bu mövzuda daha obyektiv və demokratik davranmağa razı salmaq lazımdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin Vuhan ÜST

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar