Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda regional radio açacaq şirkətin adı məlum olub  

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

- "Real Təhlil İnformasiya Mərkəzi" MMC;

- "Caspian İnternational Broadcasting Company" MMC;

- "Balans Studiyası" MMC;

- "İNS ÇM" MMC;

- "İsti Press" MMC;

- "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;

- "ARB 24" MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar