Rusiyanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək mahnı ilə bağlı istintaq başladılıb.
Yenisabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda istintaq komitəsi məlumat yayıb.
Belə ki, “Rus qadını” (“Russian woman”) adlanan mahnı Rusiya ictimaiyyətində birmənalı qarşılanmayıb. Bir qrup şəxs bəstənin ləğv olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Rusiya İstintaq Komitəsi “Eurovision-2021”dəki Rusiya təmsilçisi, müğənni Manija tərəfindən “Rus qadını” klipi ilə bağlı şikayət daxil olduqdan sonra istintaqa başlayıb.
Fotolar
Vətəndaşların bir qismi mahnın rus qadının şəxsiyyətini və ləyaqətini alçatdığını iddia edir.
pia.az