Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ətrafları cinayətkar, nazirlərsə “təmiz”?! - Növbə Eldar Mahmudova və digərlərinə də çatacaqmı?

Eldar Mahmudovun rəhbərliyi altında işləmiş daha iki generalın – MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin və həmin nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovun həbsi sabiq MTN nazirinin nədən hələ də azadlıqda qalmasına dair məntiqi sualı yenidən gündəmə gətirir. Artıq sözügüdən iki general da daxil olmaqla, indiyə qədər Mahmudovun yaxın ətrafından həbs olunan generalların sayı 6-ya çatıb.

Buraya sonradan azadlığa buraxılan MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, eləcə də MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov da daxildir. Daha bir xanım general isə şərti cəza alıb.

Ümumilikdə həbs olunan yüksək rütbəli MTN əməkdaşlarının sayı 30-a yaxındır. Eləcə də Mahmudova yaxın onlarla şəxs işdən qovulub. Qovulanlar sırasında Eldar Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev də var...

Ən əsası odur ki, yuxarıda adları çəkilən və çəkilməyən MTN-çilər ağır cinayətlərdə ittiham olunublar, ortada danılmaz sübutlar, faktlar, çoxlu sayda zərərçəkənlər var. Azərbaycanda bütün bu cinayətlərin nazir Eldar Mahmudovun rəhbərliyi və tapşırığı ilə icra olunduğuna şübhə edəcək qədər sadəlövh adam çətin ki, tapıla. Elə Mahmudovun özü də istintaqa cəlb olunub, ifadə verib. Ancaq bu adam hələ də həbs olunmayıb.


Baxmayaraq ki, MTN rəhbərliyində demək olar həbs olunmayan, ağır cinayətləri üzə çıxmayan kimsə qalmadı. Belədə sual yaranır ki, görəsən daha kim, yaxud kimlər həbs olunmalıdır ki, növbə nəhayət Eldar Mahmudova da çatsın?

Əslində, “nazir yaxşıdır, ətrafındakılar pis” tendensiyası təkcə MTN-ə yox, digər nazirlik və icra strukturlarına da aiddir. Ən yaxın keçmişişimizdə çoxlu sayda buna oxşar nümunə tapmaq olar.

Məsələn, Ramiz Mehdiyevin birbaşa kurasiyasında olan bir neçə icra başçısı həbs olundu, onların uzun illər Prezident Aparatının rəhbərinə “işlədikləri” heç kimə sirr deyildi. Ancaq R.Mehdiyev azadlıqda və Azərbaycan elminin başındadır.

Yaxud, “Rabitə işi”ndə Əli Abbasovun rəhbərlik etdiyi nazirliyin üst idarəetməsində az qala həbs olunmayan məmur qalmadı. Ancaq Əli Abbasov azadlıqda və öz kefindədir.

Ya da olsun XİN-dəki məlum korrupsiya cinayətlərinin üzə çıxması. Rəhbər vəzifəli şəxslər həbs olundu, ancaq təkcə ABŞ-da milyonlarla dollar qiymətində mənzilləri olduğu üzə çıxan Elmar Məmmədyarova kimsə “gözün üstə qaşın var” demədi.

Eynilə də Mədəniyyət Nazirliyindəki məlum korrupsiya cinayətləri, həbslər və sair – Əbülfəz Qarayev azadlıqda və yığdıqlarını xərcləməkdədir.

Hələ son olaraq, Hacıbala Abutalıbovun “sağ əli” sayılan BŞİH-in Aparat rəhbərinin həbsini, sabiq merinsə özünü mələk sifətində təqdim etməsini və “diqqətdən kənarda” qalmasını demirik. Bu siyahıya Ziya Məmmədovu, Fazil Məmmədovu və digərlərini də əlavə edərək, onu xeyli uzatmaq olar.

Mahmudov kimi, elə bu şəxslərlə bağlı da soruşmaq olar ki, onların tabeliyində və ətrafında olanlardan daha kimlər həbs olunmalıdır ki, növbə bunların özünə də çatsın?

Belə çıxır ki, bu adamların hamısı rəhbərlik etdikləri qurumlarda baş verən cinayətlərdən, oğurluqlardan, korrupsiyadan xəbərsiz və bir növ “süddən çıxmış ağ qaşıq” olublar? Əslində, onların Azərbaycanda və xaricdə malik olduqları varidatdan, cah-cəlaldan, bizneslərdən və s. xəbəri olmayan kimsə yoxdur...

Ancaq maraqlıdır ki, sadalanan və siyahı uzun olduğundan sadalamadığımız iri ranqlı məmurlardan fərqli olaraq, yalnız Səlim Müslümov həbsə atılıb. Görəsən qeyd etdiyimiz məmurların nəyi Səlim Müslümovdan artıq, yaxud əskikdir? Müslümov da daxil olmaqla, bu adamların hamısı eyni bezin qırağı deyillərmi? Axı bu adamlar eyni cinayətləri törədiblər, eyni oğurluqla məşğul olublar – biri beş manat az, biri beş manat çox...

Şübhəsiz, ədalət mühakiməsi o zaman əsl mənada ədalətli olur ki, hamıya eyni dərəcədə tətbiq olunur. İndiki halda isə, yəni mahmudovlar, abbasovlar, abutalıbovlar, mehdiyevlər və digərləri azadlıqda öz lyuks həyatlarını davam etdirirlərsə, artıq “haqq-ədalətin bərpası”, “ədalət mühakiməsi” və s. kimi ifadələr öz mənasını itirir və sınıq-salxaq, yarımçıq anlayış təsiri bağışlayır...(azpolitika)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar