Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN-ə xərac vermiş "mebelçi” başçı müavini Gündüz Əliyev kimdir? - Faktlar

Sumqayıt şəhərində icra başçısı Zakir Fərəcovun əsas fiqurlarından biri də onun müavini Gündüz Əliyevdir. O, digər müavinləri üstələyib. Bu barədə Xeber.de-nin məlumatında bildirilir.

Məlumata görə, şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən G.Əliyev Z.Fərəcovun qeyri-rəsmi işlərini həyata keçirməkdə mahir məmurlardan hesab olunduğu üçün belə irəli gedib.

Elə bu səbəbdəndir ki, Gündüz Əliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Görünür ki, Z.Fərəcovun də bu məsələdə az rolu olmayıb.

Mediada gəzən məlumatlarda deyilir ki, Sumqayıtın 70 illik yubileyi ərəfəsində təltif olunanlar arasında şəhər bulvarının salınmasında əməyi olan Fəzail Hüseynovun, şəhərin ictimai həyatını, təhsil və səhiyyə sahəsini diqqətdə saxlayan Teymur Səmədovun deyil, ən yaxın keçmişi “MTN-ə xərac verən mebelçi” kimi tanınan Gündüz Əliyevin adı yer alması olduqca müəmmalıdır.

KİV yazır ki, başçı müavini qısa zamanda parlayıb, lakin onun hansı uğurlara imza atdığını söyləmək çətindir. Sadəcə, indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi  çalışıb. Mətbuatda yazılanlara görə, həmin dönəmdə böyük korrupsiyaya imza atması ilə yadda qalıb.

Eyni zamanda Gündüz Əliyevin bacısı oğlanlarının adına açdığı “Contraction Texnoloji” MMC-yə məhz Sumqayıtda bulvarın tikintisi üçün 3,7 milyon manatın ayrılmışdı. Həmin vəsaitə icra başçısı Zakir Fərəcov oğlunun adına restoran da tikdirib.

Mediada bildirilir ki, G.Əliyev Z.Fərəcova Nizami parkı ərazisindəki tikinti ilə bağlı sənədə də imza atdıra bilib və məlum olub ki, başçı müavini başqasının adına özünə obyekt inşa etdirib.

Bundan başqa, G.Əliyevin Sumqayıtda bir neçə obyektə sahib olması haqda da məlumatlar var. Bu obyektlər arasında şəhər bulvarındakı “Gənclik City” mərkəzi ən öndə gedənidir.

İddialara görə, G.Əliyev Fərəcov komandasında yer almamışdan öncə Sumqayıtda imkanlı iş adamlarından biri kimi tanınıb. 2002-ci ildən Sumqayıtda özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı şirkətlərin sifarişi ilə subpodrat işləri də həyata keçirib.

Onun maddi imkanları o zamankı “MTN çetesi”nin də diqqətini çəkib və 2014-cü ilin sonlarında Sumqayıt şəhərinin Heydər Əliyev prospektində yerləşən «Buta» kafesində keçirilən “əməliyyat” zamanı G.Əliyevə çatmalı olan 161 min manat pul ələ keçirilib.

Belə qalmaqallı məmurlar isə hələ də vəzifələrdə yer alır, təltif olunur, varlanmalarına, rəhbərlikdə təmis olunmalarına şərait yaradılır.

Hərçənd ki, icra hakimiyyətlərində fundamental şəkildə islahatlara ehtiyac var. İH-lər belə kadrlardan “təmizlənməsə” və idarəçilikdə yeni yanaşma olmasa G.Əliyev kimi məmurlar öz qaranlıq işlərini davam etdirəcəklər.

Zabit Əliyev / Sumqayıtdan xüsusi olaraq Xeber.de üçün

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar