Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni tarixçidən etiraf: “Rusiya Qafqaza gələndə heç bir erməni dövləti mövcud olmayıb”

Ermənistanda antirusiya meylləri artmaqdadır.Erməni təbliğatı bütün uğursuzluqlarda rusları günahkar bilir və qərbin dəstəyi ilə ən yaxın müttəfiqlərini ittiham edir.

“EADaily”nin müxbirinin Rusiyada yaşayan tarixçi Oleq Ayrapetovla müsahibəsi də bu mövzudadır.

PİA.az istinadən həmin müsahibəni təqdim edir.

-Oleq Rudolfoviç, son günlər erməni informasiya məkanında 23 maddədən ibarət məlumat dərc olunub.Yayılan sənədlərin mahiyyəti guya erməni xalqının bütün problemlərinin arxasında Rusiyanın dayanmasıdır. Məsələn, üçüncü abzasa nəzər yetirək: “20-ci əsrin əvvəllərində Zaqafqaziyada müsəlmanları ermənilərə qarşı kim silahlandırdı?” Bütün bu ittihamların və iddiaların başqa bir ölkəyə deyil, Rusiyaya yönəldiyi, bütün bu ritorik suallara cavab verildiyi iddia edilən son sitatda deyilir: “Xeyr, biz Rusiyaya düşmənçilikdən deyil, Rusiyanı düzgün başa düşməyimizdən, torpaqlarımızla bağlı ona ümid bəsləməməyimizdən danışırıq.” Bu uydurmaların tarixi həqiqətlər baxımından hər hansı bir əsası varmı?

– Əlbəttə yox! Bu virtual kağızı mən də görmüşəm.Bəhs etdiyin məsələ fantastik ifadələr toplusu olan virtual bir kağız parçasıdır. Vladimir İlyiç Ulyanov (Lenin) bir dəfə demişdi ki, bir axmaq yüz müdrikin cavab verə biləcəyindən daha çox sual verə bilər. Bu kağız parçası da bu kateqoriyaya aiddir.Tarixi həqiqətləri təhrif etmək üçün sadəcə axmaqlığı yazmaq kifayətdir.Bütün bunları anlamaq üçün isə Qafqazın tarixi ilə bağlı bir neçə kitab oxumaq,tarixi qaynaqların,tədqiqatın nə olduğunu, bu və ya digər tezisi hansı mənbələrin təsdiqlədiyini izah etmək lazımdır. Məsələn, sabah marslıların Qafqazda fəaliyyət göstərdiyini iddia etsəm yenə də məndən dəlil tələb edəcəklər.Təbliğat ən azı keçmiş haqqında düşünən insanlar üçün xüsusilə uğurludur. Bir vaxtlar Rusiya İmperiyası var idi və ona da monarx rəhbərlik edirdi. Rusiyanın Qafqaza gəldiyi vaxt, yəni 19-cu əsrin əvvəllərində heç bir erməni dövləti mövcud deyildi və erməni dövlətçiliyidə yox idi! “Erməni tarixi torpaqları” na gəlincə , bölgədə yaşayan xalqlar arasında fərqli fikir var. Çünki Qafqazda müxtəlif dövrlərdə fərqli dövlətlər olub.Bu dövlətlər də zaman-zaman yüksəliş və tənəzzül dövrlərini yaşayıb.Həmin vaxtlar müəyyən ərazilər fərqli dövlət quruluşlarının bir hissəsi idi.Buna görə demək istərdim ki, Rusiya İmperiyası Ermənistan Respublikasının yerləşdiyi əraziləri fəth etdikdə, bu ərazilər İrana məxsus idi və burada İrəvan Naxçıvan xanlıqları mövcud idi.

– Söhbət neçənci illərdən gedir?

– Bu tarix ilk Rusiya İran müharibəsinin getdiyi 1804-1813 və ikinci Rusiya İran müharibəsinin getdiyi 1826-1828-ci illəri əhatə edir. Birinci müharibə zamanı Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi.Həmin vaxt erməni məliklərinin federasiyası var idi.Orada indiki Melik-Şahnazaryanların əcdadları olan Melik Şahnazarovlar xüsusi bir rol oynadılar.

– Müsbət və ya mənfi?

– Melik Şahnazar – sadəcə öz xalqına xəyanət etdi və Qarabağ xanlığının qurucusu Pənah xanın Qarabağı fəth etməsinə kömək etdi. Məncə, burada hər şey göz qabağındadır.

– Aydındır.

– Ruslar bölgəyə gələndə artıq Qarabağ xanlığı var idi. Əlbəttə ki, tarixlə bağlı deyiləcək çox şey var. Ancaq bu təbliğat broşurasında yazılanlar tamamilə cəfəngiyatdır. Bu təbliğatın məqsədi aydındır.Uydurma tarix psixi travma almış,kəm savad insanlara ünvanlandıqda uğurlu ola bilər. Bu gün Ermənistanın 30 illik müstəqilliyi dövründə gördüklərimiz acınacaqlıdır.Mən ordudan danışmaq istəmitəm.Məsələnin kökü başqadır.Ölkədə təhsilin vəziyyətinin bərbad günə düşməsi Ermənistanda savadsızlar ordusu yaradıb. Bu yaxınlarda Yerevanda erməni tarix elminə həsr edilən konfrans keçirildi.Konfrans Ermənistan üçün Qars müqaviləsi kimi ağrılı bir mövzuya həsr edilmişdi.Konfransda əsasən akademiklər, professorlar 60-70 yaşlı insanlar var idi.Məlum oldu ki,alimlər mənbələrlə məşğul olmurlar.Yeni məlumatlar, yeni tarixi mənbələr dövriyyəyə buraxılmır.Təəssüflə deyirəm ki,erməni tarixi dünya elminin kənarındadır.Erməni alimləri öz şirələrində qaynayırlar.Bütün bunları Ermənistanda müstəqilliyin nəticəsi hesab edirəm.Bu gün düşüncə sahibləri və yaradıcı adamlar Ermənistandan qovulub. Hazırkı Ermənistanda belələrinə ehtiyac görmürlər.Demokratiya xalqın hakimiyyətə hər hansl bir nümayəndəsini seçməyə imkan verirsə, etiraf edək ki, Paşinyan kifayət qədər xırda, əhəmiyyətsiz, nəhəng ambisiyaları olan, lakin intellektual cəhətdən zəif-heç bir şeyin öhdəsindən gələ bilməyən hiyləgər və məkrli adamdır.Öz hakimiyyətini qorumağa çalışan Nikol,mövcud erməni elitasının tipik təmsilçisidir.Budur, erməni intellektual elitasının əlimizdəki testi. Paşinyana nəzər yetirin:əsəbi, demaqoq, Facebook-da virtual lider olan bir qorxaq. Niyə bunu xatırlayıram? Həqiqət budur ki,bu cür sənədlərin görünüşünü sifariş edənlər Qarabağla bağlı müqavilənin 4,5 ildən sonra başa çatacağını yaxşı bilirlər.Rus sülhməramlıları orada 5 il qalacaqlar. İndi hər kəsə aydındır ki,indi Qarabağ Rusiyanın məsuliyyət sahəsidir.Amma 4,5 ildən sonra orada nə baş verəcəyi məlum deyil.Rusiya Türkiyə-Azərbaycan bloku qarşısında sülhməramlıların səlahiyyət müddətinin uzadılmasına nail ola biləcəkmi? Bilmək olmaz. Buna görə də indi Yerevanda olanlar ermənilərin Qarabağda son çöküşü üçün məsuliyyəti əvvəlcədən hazırlayırlar. Hal-hazırda Zəngəzur sərhədlərini qoruyan Gandzasar, Dadivank və Amarasları kim müdafiə edir? Cavab aydındır. Və sual budur ki, 4,5 ildən sonra bunu kim edəcək? Və Bakı ilə Ankaranın birləşməsi və yaxınlaşması davam edərkən, İrəvandakı yoldaşlar indi Qarabağdakı ermənilərin sağ qalmasının yeganə qarantı olan insanlara qarşı təbliğat aparırlar. Və buna görə respublikada qalan, nə edəcəyini bilməyən, travma almış uğursuz əhalini Rusiyaya qarşı təhrik edirlər.Bu da insanların qəzəbini özlərindən yayındırmağa yönəlib.Bəlkə kimsə unutmuşdu, amma xatırlatmaq istəyirəm ki, Paşinyanın əsas xətti NATO ilə yaxınlaşmağa, Amerikanın bizə kömək edəcəyinə yönəlmişdi.

– Maraqlıdır ki, Türkiyə qarşısında Rusiyaya xəyanət ittihamları ilə yanaşı, Təhlükəsizlik Şurasının katibi, Soros qanadının nümayəndəsi, Ermənistanın mərkəzi televiziyasına müsahibəsində ermənilərlə türklər arasında əlaqənin qurulmasının vacibliyini deyin.

– Əlbəttə! Türklərin yerinə Rusiyanı əsas düşmənə çevirin. Artıq bunun üzərində işləyirlər. Mən şəxsən Ermənistanla Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarıyam. Türk həmkarlarım tərəfindən dəvət olunduğum İstanbul Universitetində də bu barədə danışdım.Tək sual bunu hansı şərtlərlə etməkdir. Münasibətləri normallaşdırmaq əladır. Sual budur ki, münasibətlər necə,hansı şərtlərlə olacaq?Yerevanda yaşayan insanlar Türkiyə ilə barışığa hazırdırlarsa kim onların qarşısını ala bilər?

– Belə bir dəyişiklik nəyə gətirib çıxarar? Hesab edək ki,Rusiyadan bazanın geri çəkilməsi tələb edildi və Türkiyə ilə dostluq müqaviləsi imzalandı nəticə nə olacaq?

– Yerli Erməni hakimiyyət orqanları, Ermənistanı bir Türk protektoratına çevirmək istəyir. İlk dəfə dediyim zaman bəziləri bunun fantastik bir senari olduğunu deyirdi. İndi görürük ki, bu addım-addım həyata keçirilir. Yerevandakı vəziyyətlə bağlı Kassandra rolunu oynamaq istəmirəm, amma buna baxmayaraq Paşinyana qarşı hərbi müxalifətin məğlub olduğunu və erkən seçkilərin keçiriləcəyini deyə bilərəm. Bunların demokratik baxışlı insanlar tərəfindən necə həyata keçirildiyini çox yaxşı bilirik.

Göründüyü kimi, Paşinyan hökumət üzərində nəzarəti əlində saxlayacaq və ölkəni ölümə aparmağa davam edəcək. Şübhəsiz ki, onun hakimiyyəti nəticəsində bugünkü Ermənistanın üçdə biri qalacaq. Nəticədə, Türkiyə Cümhuriyyətinin təsir zonasında bir növ yarı muxtariyyət qalacaq. Ancaq Paşinyan demişkən, demokratiya və tərəqqi olacaqdır.

– Sizcə rusiyapərəst qüvvələr yenə də vəziyyəti dəyişə bilərmi?

– Düşünürəm ki, bu seçkilər qismən saxtalaşdırılacaq, amma insanlara hər şeyin yaxşılığa doğru getdiyini izah edəcəklər. Anlamaq üçün uzaqgörən olmaq lazım deyil. Məsələ Paşinyanın indi respublikanın başında olması deyil. Məsələ Paşinyanı kimin əvəzləməsindədir. Əsas vəzifə Paşinyanın aradan qaldırılması deyil, ölkənin böhrandan çıxarılmasdər.Ölkəni sistemli böhrandan çıxarmaq üçün möhtəşəm proqrama ehtiyacımız var.İndi Ermənistanda çox ciddi böhrandır.

– Və nəhayət 21-ci bənd. “1921-ci ildə Artsaxı (Qarabağ) Azərbaycana hansı ölkə verdi”. Bura Rusiyanın da aidiyatı varmı?

– Düşünürəm ki, burada Garegin Nijdenin də günahı az deyil.Lenin və Stalin onunla məsləhət etmədən heç nə edə bilmirdilər. Buna görə Lenin Zəngəzuru ermənilərə verdi.Ancaq nədənsə Artsax haqqında susdu.Bəlkədə yadından çıxdı. Ancaq Ermənistanda sovetləşmə başlayabda ilkin layihəyə görə Sovet Azərbaycanının rəhbərləri – Nərimanov və başqaları Qarabağ və Naxçıvanın Sovet Ermənistanın tərkibinə verilməsinə razılıq vermişdilər. Amma azərbaycanlılar daşnakların üsyanından yararlanıb ermənilərin etibarsız olduğunu sübüt edərək yeni format üzərində işlədilər.Bəs baş verən üsyanda ermənilər nə qazandı?İrəvanı bir-iki həftə nəzarət altına aldılar, az da olsa Zəngəzur üzərində nəzarəti bir ay saxladılar və Gürcüstanda sovetləşmə prosesini üç-dörd gün ləngitdilər. Bəs bundan sonra nə oldu? Tiflis alındı, 11-ci Qırmızı Ordunun zərbə qüvvələri geri döndü və erməni üsyançıları birə kimi əzildi.

– Daşnaklar Atatürk ilə Aleksandropol sülhünü imzaladıqdan sonra Zəngəzurda qiyam qaldırdılar?

– Hə.Qiyam zamanı Atatürkdən Aleksandropol müqaviləsi əsasında Sovet Rusiyasına qarşı ermənilərə kömək etmələrini tələb etdilər.

– Sizcə müasir Rusiya qlobal siyasətində türklərə arxalana bilərmi?

– Anlamaq lazımdır ki, Türkiyə həmişə tərəddüd edir və təhlükə yaranan kimi dərhal NATO daxilindəki Avroatlantik həmrəyliyini xatırladır.Rusiya ilə Türkiyə arasında özünəməxsus və mürəkkəb münasibətlər mövcuddur. Türklər Qarabağdakı qələbəni də Rusiyaya tarixi bir zərbə kimi qəbul edirlər.(baku exo)

Tərcümə: Vəli Həsənoğu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar