Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin və ABŞ Körfəzdə: Pekinlə Tehran arasındakı razılaşmanın mahiyyəti...

Çin İran rejimini qorumaq və dünyaya qarşı İran rejimini dəstəkləmək üçün hələ çox şey etməli olacaq...

Abdurrahman Raşid
“Şarkul Avsat” qəzeti, Türkiyə, 1 aprel 2021-ci il

İran Çinlə ikitərəfli müqavilə imzaladığı üçün həm ölkə daxilində, həm də xaricdə tənqidlərlə qarşılaşır. Hər nə qədər rəsmilər bunun başqa bir ikitərəfli razılaşma olduğunu deyib, məsələni sadələşdirməyə çalışsalar da, həqiqəti əks etdirmir. İranın demək olar ki, bütün nefti, təbii qazı, limanları, qatarları, layihələri və bazarları 25 il boyunca Çinin nəzarətində olacaq və bunun qarşılığında Pekin Tehrana maliyyə, silah və siyasi dəstək vəd edib.

Bu ikitərəfli strateji razılaşma maraqları əvvəlkindən daha çox risk altında qalan Qərb ölkələrini strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edəcək.

Vaşinqton İranı tamamilə itirdimi? Əslində, bəzi analitiklərin dediklərinin əksinə olaraq, ABŞ İrana sahib olmamışdı ki, hələ bir itirsin. Bu, 40 yaşlı evli bir cütlüyün boşanmasına bənzəyir. Məsələ budur ki, İran keçən həftə Çinlə müqavilə imzalayana qədər başqa heç bir güclə belə sıx əlaqədə olmamışdı. Razılaşmanın uğurlu olub-olmadığını demək üçünsə hələ tezdir.

İranı itirən ABŞ administrasiyası deyil. Vaşinqtondan üz çevirən və belə bir qərar verən elə İran özüdür. Vaşinqtonda davam edən mübahisələrdə İran rejimi ilə barışmaq və Hərtərəfli Birgə Fəaliyyət Planını (KOEP) səfərbər etmək istəyənlər məğlub oldular. Əlbəttə ki, radikal bir dini rejimin liberal kapitalist rejimlə razılaşa bilməməsi gözləniləndir.

İstənilən halda, İran Şərqə üz tutdu. Amerika isə bölgədəki itkilərini yalnız Çinə görə deyil, həm də əsas müttəfiqlərinə qarşı izlədiyi sərt siyasətlərə görə kompensasiya etməlidir. ABŞ-ın bölgədə böyük bir problemi var: heç kim ona etibar etmir. Bu da onun regional müttəfiqlərini rəqibə çevirib. ABŞ İraqdakı geniş hərbi varlığını sona çatdırandan rəqibi Çinin Asiya və Afrikadakı genişlənməsini dayandırmaq istəyir. Washington, Pekini Cənubi və Şərqi Asiyada böyük bir təhlükə olaraq görür. Lakin Vaşinqton Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ölkələrə qarşı izlədiyi siyasətlə onları özündən uzaqlaşdırır və ABŞ dəyərləri adı altında bu ölkələrin daxili işlərinə qarışmaqla müttəfiqlərini itirir. Bundan başqa, ABŞ artıq Səudiyyə Ərəbistanı kimi neft dövlətləri üçün önəmli bir bazar deyil və əsas neft ixracatçısı kimi yerini Çinə verib. Səudiyyə Ərəbistanı Çin üçün ən böyük neft mənbəyidir. 2030-cu ilə qədər Çinin neft idxalatı 16 milyon barreldən çox olduğu üçün Səudiyyə Ərəbistanının Çin bazarındakı payının artacağı gözlənilir.

Tehran kimi Riyad və Körfəz ölkələrindəki tərəfdaşlarının da Çini qəbul etməsi gözlənilməsə belə, ticarət maraqları Səudiyyə Ərəbistanına daha çox azadlıq verəcək. Keçən həftə Çinin xarici işlər naziri Körfəz ölkələrinin ehtiyaclarını nəzərə alaraq hazırladığı bir layihəni təqdim etdi. Təşəbbüsün məqsədi İranı qazanmaq və Səudiyyə Ərəbistanına etibarlı tərəfdaş olduğunu hiss etdirməkdir. Buna görə, Çin İran və Səudiyyə arasında Körfəzdə sülhü təmin edir.

Lakin bunun əksinə, ABŞ regional müttəfiqləri ilə münasibətlərini idarə edərkən bir böhrandan keçir və bu ölkələrin daxili işlərinə qarışaraq on illər ərzində qurduğu vacib münasibətləri də itirir. Bu, Çin layihəsinin İpək Yolu ilə gedəcəyi mənasına gəlmir. Ən azından münasibətlərin ilk illərində İranın bölgədəki təcavüzkar davranışlarına nəzarət etmək asan olmayacaq. İranın ali liderinin hərbi rejiminin təbiətinə görə İran qonşu ölkələrdə qarşıdurmaya girməyə davam edəcək. İranın daxili həmlələri Çin bazarındakı böyük təbii qaz və neft satış gəlirlərini və ticarət vədlərini dəyişdirməyəcək. Beləliklə, daxili şəraitin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə yönəldiləcək. Ona görə də, qütblər arasındakı münaqişə dinamizminin daxildə də davam edəcəyini düşünürəm.

Çin-İran anlaşmasında ideoloji düşmən olan iki ortaq arasında bir münasibət var və bu, ABŞ-ı mühasirəyə alan tərəflər üçün məcburi bir əlaqəni təmsil edir. Çindəki hakim Çin Kommunist Partiyası inanclarını tətbiq etmək və dünyaya qarşı mübarizə aparmaq istəyən dini rejim olan İrandan fərqli olaraq, ideologiyasını dünyaya ixrac etmək istəyi olmayan, dünyəvi və praqmatik bir rejimdir.

Çinin “Bir Kəmər Bir Yol” təşəbbüsü ilə bağlı hədəfləri bəllidir: resurslar və bazar. Bu səbəbdən, Çin İran rejimini qorumaq və dünyaya qarşı İran rejimini dəstəkləmək üçün hələ çox şey etməli olacaq. İran isə öz növbəsində nə qədər sərt və möhkəm görünsə də, inzibati qurumlarındakı problemlərə görə çox çətin vəziyyətdə qalıb.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar