Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq səfir: "Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var"

ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekuta CNN Türk telekanalına müsahibə verib. Qarabağ müharibəsinin nəticələrindən, Türkiyənin regiondakı rolundan və digər məsələlərdən danışıb.

PİA.az xəbər verir ki, keçmiş səfir Cənubi Qafqazdakı vəziyyətin müharibəyə qədər də kövrək olduğunu deyib. “Dəfələrlə AzərbaycanErmənistan arasında sülhün əldə edilməsi zərurətini ifadə etdik. Azərbaycan torpaqlarının işğalı belə davam edə bilməzdi. Ermənistanın təhlükəsizliklə bağlı narahatlıqları da davam edə bilməzdi. Ötən payızda yaşanan müharibə nəticəsində bölgədəki geosiyasi vəziyyət dəyişdi. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var. Ermənistanda onsuz da vardılar. Gürcüstana 2008-ci ildə işğalla girdilər. İndi isə Azərbaycandadırlar”,- Robert Sekuta bildirib.

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycana həm mənəvi, həm hərbi-siyasi dəstək verən çox önəmli müttəfiqdir. Və qarşıdakı dövrlərdə Türkiyənin regiondakı ixtilafların aradan qaldırılmasında, davamlı sülhün təmin edilməsində kritik rol oynayacağı gözlənilir.

Səfir Sekuta daha sonra Türkiyənin NATORusiya ilə münasibətlərini şərh edib. Bildirib ki, Türkiyə çox önəmli və dəyərli NATO üzvüdür.

ABŞ və Türkiyənin mümkün ola biləcək ən yaxın münasibətlərə malik olması çox önəmlidir. Suriya regiondakı ən qarışıq problemdir. Cənubi Qafqaz da qarışıqdır. Təbii ki, Türkiyənin planları haqda şərh verə bilmərəm, amma Amerika olaraq Türkiyənin regionda məsuliyyətli rol oynamasını istəyirik. Çünki bölgədə nə baş verirsə versin, birbaşa Türkiyəyə təsir edir. Çox çətin bölgədir. Suriya getdikcə qarışır və insanlıq böhranı böyüyür. Türkiyədəki qaçqınların sayı, Suriyadan qaçqın düşənlər artır. Rusiyanın Əsədə dəstək verməsi və Əsədin güzəştə getməməsi vəziyyəti daha da ağırlaşdırır”,-Robert Sekuta bildirib.

Əlavə edib ki, bütün bu məsələlərdə ABŞ Türkiyənin müttəfiq olaraq qalmasını, onunla birlikdə çalışmasını görmək istəyir. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar