Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusların ağlı olsa buna getməzlər..." - Politoloq

Rusiya gəmilərini Aralıq və Qara dənizə çıxarmaqla gücünü nümayiş etdirir, amma...”

PİA.az politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edir:

- Cümşüd bəy, son dövrlər Rusiyanın Aralıq dənizinin Suriya sahillərinə, habelə Qara dənizə hərbi gəmilər toplaması müşahidə edilir. Eksperlər bunu fərqli prizmalardan yozurlar. Siz necə düşünürsünüz, şimal qonşumuzun bu addımının arxasında hansı mühüm səbəbləri ola bilər?

- Əslində Rusiya çalışır ki, öz gücünü göstərsin, qərbə hələ güclü olduğunu nümayiş etdirsin. Amma mənə görə, hu daha çox SSRİ-nin son dövrlərindəki fəaliyyətinə bənzəyir. Yəni o vaxt da SSRİ heç nəyi qəbul etmədi, daha çox silahlanmaya, dünyaya təsir göstərmək yolunu tutdu. Məncə, indi Rusiya da bu yolla addımlayır. Daha doğrusu Prezident Baydenin sözündən sonra Vladimir Putin Rusiyanın nə dərəcədə güclü olduğunu nümayiş etdirir. Həm Afrika, həm də Yaxın və Orta Şərqdə güclənməyə çalışır. Əlbəttə, bunun arxasında Rusiyanın tarixi imperiya maraqları da durur. Ukrayna, Gürcüstan əraziləri işğal olunub, Moldova onun nəzarətindən çıxmaq üzrədir. Rusiya çalışır ki, dünyanın bir sıra yerlərində ABŞ-a öz dişini göstərsin. Yəni hərbi gücünü. Mənim şəxsi qənaətimcə, bu düzgün addımlar deyil və bu şəkildə davam olunsa şimal qonşumuz geriləyəcək. Çünki ciddi sanksiyalar altındadır və iqtisadiyyatında geriləmə var. Odur ki, belə addımların davamlı olması sonda çöküşə gətirib çıxara bilər.

- Qara dəniz və Suriya sahillərinə çıxarılan hərbi gəmilərin Türkiyə ilə hər hansı əlaqəsi varmı?

- Birmənalı şəkildə var. Türkiyənin Qafqazda və Orta Asiyada nüfuzunun artması Rusiyanı narahat etməyə bilməz. Son illərdə Qazaxıstanla Özbəkistanın Türkiyə ilə hərbi əməkdaşlıq sazişi və digər müqavilələr imzalanması, bu sənədlərin birdən-birə prezidentlər tərəfindən təsdiqlənməsi və ratfikasiya edilməsini müşahidə etdik. Rusiyalı siyasətçi Jrinovski də çıxışında dərhal dedi ki, Türkiyənin böyüməsi narahatçılıq yaradacaq. Bunlar təsadüfi məsələlər deyil.

- Mütəxəssislər və hərbi analitiklər ehtimal edir ki, gəmilərin orada cəmləşməsi İdlibin vurulması və bu ərazinin Bəşər Əsədin nəzarətinə keçməsini təmin olunması ilə əlaqəlidir. Hər halda İdlibdə Türkiyənin də olduğunu nəzərə alsaq bu ehtimal nə dərəcədə ciddidir?

- Nəzərə almaq lazımdır ki, ABŞ-da həmin bölgədə, yəni Suriyada var. Zənnimcə, ABŞ ruslara belə bir şans verməyəcək. Digər tərəfdən, ola bilsin ki, Suriyada Türkiyənin təxribata çəkmək niyyətləri var. Çünki 44 günlük Qarabağ müharibəsi həm də rus silahlarının satışına təsir edib. Həmçinin Ermənistan rəhbərliyinin, xüsusilə Paşinyan və Təhlükəsizlik Şurasının katibinin Türkiyə ilə bağlı fikirləri də mümkün deyil ki, Rusiyanı narahat etməsin. Məncə, burada Bəşər Əsəddən istifadə etməyə çalışacaqlar. Tarixən ruslar belə gedişlərdən istifadə ediblər. Amma məncə, bu alınmayacaq. Əvvəla, Türkiyə buna hazırdır, digər tərəfdən, Rusiya əgər Suriyada vəziyyəti gərginləşdirəcəksə, bu Rusiyanın özünə də təsir edəcək. Unutmayın ki, Suriya ilə qonşu dövlətlər var. Əlbəttə, İran Suriya məsələsində Rusiya ilə əməkdaşlıq edir. Amma İsrail faktorunu diqqətdən qaçırmaq olmaz. Üstəlik Türkiyə güclü dövlətdir. ABŞ dövlət katibi Blinken də bu qədər gərgin münasibətlərə baxmayaraq elan etdi ki, Türkiyə ilə hərbi əməkdaşlığı davam etdirmək istəyirlər. Mümkündür ki, Rusiya Suriyada hansısa addımlar atmağı planlaşdırır. Lakin bu addımların Rusiya üçün müsbət nəticələrlə başa çatacağını ehtimal etmirəm.

- İndiki mərhələdə qərb ölkələri Suriyada Ankara və Moskvanı üz-üzə qoymaqda nə dərəcədə maraqlıdır?

- Bunu əsasən Fransa və Almaniya arzu edir. Çalışırlar ki, Qafqazda uduzmaqlarının əvəzini çıxsınlar. Uzun illər Avropanın dilomatik lideri Fransa olub. Bu ölkədə erməni diasporasının nə qədər güclü olduğunu müzakirə etməyə də ehtiyac yoxdur. Almaniya Avropanın müharibə, İngiltərə isə siyasət lideri olub. Hazırda İngiltərə oyundan çıxıb. Fransa isə köhnə siyasətini bərpa etməyə çalışır. Məncə, Almaniyanın Azərbaycana, Fransanın isə Türkiyəyə münasibətinin kökündə həm dövlət maraqları, həm də erməni maraqları durur. Liviya uzun illər Fransanın nəzarətində olsa da, Paris bu ölkədən faktiki çıxarılıb. Yəni bunların həm iqtisadi, həm də siyasi maraqlarına toxunduğuna görə, Fransa çırpışır, çalışır ki, Rusiya və Türkiyəni üz-üzə qoysun. Amma rusların ağlı olsa buna getməz. Nəzərə almalıdırlar ki, Rusiya daxilində böyük türk toplumu yaşayır.

- Doğurdanmı Rusiyada hansısa qüvvələr Türkiyə ilə münasibətləri korlamaqda maraqlıdır?

- Məncə, bu inandırıcı deyil. Vladimir Putin çox peşəkar kəşfiyyatçıdır. Adətən “ilanı Seyid Əhmədin əli ilə tuturlar”. Bəzən deyirlər ki, filan nazir münasibətləri pozur, digər nazir belə etdi və s. Amma əslində bunların hamısı razılaşdırılmış oyundur və bir-birindən xəbərsiz deyillər.

- Hazırda müşahidə olunan qərb-Rusiya qarşıdurması getdikcə gərginləşmə üzrə inkişaf edir. Bu hansı nəticələrə gətirib çıxara bilər?

- İngiltərə Avropa Birliyindən çıxdı. Adətən Avropanın ən güclü oyunçusu London olub. İngiltərə-Fransa qarşıdurması var. İtaliyanın mövqeyi Avropa İttifaqı ilə bəzən üst-üstə düşmür. Yunanıstan da həmçinin. Bu səbəbdən Rusiya çalışır ki, Avropa İttifaqını daxildən parçalasın. Amma səhvləri odur ki, 1956-cı il hadisələriunə görə Macarıstan, 1965-ci il olayları səbəbindən Çexiya, ərazisini işğal etdiyinə görə Polşa, eləcədə baltikyani respublikalar və Rumuniya var. Başqa sözlə, Avropa Birliyinə sonradan daxil olan azı 7 dövlət Rusiyaya qarşı sərt mövqedədir. Odur ki, rusların bu niyyətinin nə dərəcədə uğurlu olduğunu demək çətindir. Üstəlik Rusiya iqtisadi baxımdan zəifləyib. Mümkündür ki, bu kimi cəhdlər bumeranq effekti versin. Məncə, Rusiya yeni ərazilərin işğalı siyasətindən imtina etməlidir. Xüsusilə, Ukrayna məsələsi. Məncə, bu ABŞ tərəfindən ciddi müqavimətlə qarşılanacaq. Üstəlik Finlandiyanın, Koreyanın Rusiyaya münasibəti pisdir. Nəzərə alınmalıdır ki, Yaponiya, Çin və Monqolustanın da Rusiyaya qarşı ərazi iddiaları var. Əslində onlar geri çəkilən deyillər, sadəcə indi marağa yatıblar. Avropa İttifaqı da bu amili nəzərə alcaq. Ən əsası ABŞ Avropa Birliyindən istifadə edəcək. Unutmayaq ki, Avropada azı 23-24 dövlət Rusiyanı sevmir. Odur ki, bu qarşıdurma Rusiyaya heç bir xeyir gətirməyəcək. Hazırda Avropa İttifaqı dünya ticarətinin üçdə birinə, dünya sənaye istehsalının 40 faizinə nəzarət edir. Bunlar təsadüfi rəqəmlər deyil.

Həm də ABŞ dünyada mövqeyini başqa cür bərpa edə bilməyəcək. ABŞ-ın Çin və Rusiya ilə problemləri var. ABŞ Çin və Rusiyanın siyasəti nəticəsində elə vəziyyətə gəlib ki, ölkənin ümumdaxili məhsulu ilə borcu bir-birini güclə qapadır. Halbuki ABŞ-da heç vaxt belə şey olmayıb.

Hesab edirəm ki, ABŞ mütləq Rusiyanınü üzərinə gedəcək, çünki başqa yolu yoxdur. Nəticənin necə olacağını zaman göstərəcək. Amma Rusiyanın problemi ondadır ki, milli birlik yoxdur, idarəçilikdə problemlər var və korrupsiya ölkəni çökdürüb. Həm də Rusiya daxilində qruplaşma güclüdür. Nəhayətdə rus xalqının “böyük rus xalqı” şüarı var. Amma buna şovinizm qatılanda inqilab baş verir. Əlbəttə, ruslar qanuni sevən xalqdır və məmurlar qanunui pozanda bunu həzm etmir. Odur ki, Rusiya daxilində də narazılıq var. Yəni ABŞ-la qarşı-qarşıya gələn Rusiyanın daxilində ciddi problemlər var. Bu da ona imkan verməyəcək ki, uzunmüddətli qarşıdurmaya tab gətirə bilsin. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar