Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süveyş kanalını bağlayan gəmi qəzası və Hillari Klinton - Onları bağlayan nə var?

Sui-qəsd teoriyası yaradanlar dünyada uşaq seksi şəbəkəsini idarə etdiyinə inandıqları Hilari Klintonun seks köləsi kimi istifadə edəcəyi uşaqları qapalı gəmidə saxladığını düşünürlər...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 31 mart 2021-ci il

Son bir həftədir ki, Süveyş kanalında baş verən qəza nəticəsində kanalın hər iki istiqamətdən bağlanması dünyanın gündəmini məşğul edir.

Süveyş Kanalı dünya ticarət nəqliyyatının 10%-nu təmin edən və xüsusilə də, Çindən ixrac olunan malların keçdiyi bir yol olduğu üçün, bu qəzanın iqtisadi səbəbləri hər kəsə aydındır. Quma oturan gəmidə də Çindən Hollandiyaya göndəriləcək mallar var idi. Həmçinin, qəzaya uğramış gəmiyə görə tamamilə bağlanmış kanaldan heyrətamiz fotoşəkillər gəlirdi.

Amerika adminstrasiyası da gəmini xilas etmək və kanalı açmaq üçün mübarizə aparan Misirə kömək təklif edib. Gəmi qumdan çıxarıldı, lakin danışıqlar hələ də davam edir.

Maraqlı bir sui-qəsd teoriyası

Amerika konqresinə hücum edən insanların inandığı bir “Qanon” sui-qəsd teoriyası var. Buna inananların fikrincə, uşaq seksi şəbəkəsini idarə edən elitalar Amerikanı və dünyanı da idarə edirlər. Trampı da bu elitlərlə mübarizə apardığı üçün sevirdilər.

Kiminsə belə absurd bir düşüncəyə inanması qəribə görünə bilər, amma Amerikada yaradılan bu sui-qəsd teoriyasına Yaponiyada daxil olmaqla bir çox inkişaf etmiş ölkələrdə inanırlar. Bu sui-qəsd teoriyasına inananların hədəfi isə 4 il əvvəlki seçkilərdə Trampın rəqibi Hilari Klintondur. İndi bu cür düşünənlər gəmi hadisəsini də Hilari Klintona aid edirlər.

Sui-qəsd teoriyası yaradanlar dünyada uşaq seksi şəbəkəsini idarə etdiyinə inandıqları Hilari Klintonun seks köləsi kimi istifadə edəcəyi uşaqları qapalı gəmidə saxladığını düşünürlər.

Mən də belə düşüncələrin dəlilik olduğuna inanıram. Lakin gəmi qəzasında elə detallar var ki, bunları öyrəndikcə iddiaların doğru olub olmadığını düşünməyə başladım.

Bu qədər də təsadüf ola bilməz

Süveyş kanalında quruya çıxan gəminin işarə siqnalı H3RC-dir. Sui-qəsd iddiası ilə çıxış edənlər gəminin mayak siqnalının bu 3 hərfinin “Hillarry Rodham Clinton” adının baş hərfləri olduğuna inanırlar.

Üstəlik, gəminin adı da “Ever Green”dir. Sui-qəsd iddiası yayanların öyrəndiyinə görə, Hilari Klinton Bill Klintonun həyat yoldaşı kimi Ağ Ev-də olarkən gizli xidmət mənsubları ona kod adı kimi “Ever Green” ləqəbini vermişdilər. Əlbəttə ki, bu iki məlumatdan sonra insanlar lap dəli oldular və yeni bir qlobal sui-qəsd teoriyası qaçınılmaz şəkildə yayılmağa başladı. Hər kəs bu barədə indi “QAnon”un saytlarında, Gab-da və Telegram-da müzakirələr aparır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar