Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəmovun qızı və Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - Fotofakt

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun Londonda yaşayan qızı Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, Mərkəzi Bank sədrinin qızına məxsus olan “Gyunel Limited” şirkətinin borcu son bir ildə 178,1 min funt-sterlinq artaraq 6,1 milyon funt-sterlinqə (12,5 milyon manat) yüksəlib.

Qeyd edək ki, 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” şirkətinin sonuncu maliyyə hesabatının bu ilin yanvar ayının 31-ə kimi təqdim etməli olduğu halda vaxtında təqdim etməyib. Gecikmə ilə təqdim edilən hesabatda isə şirkətin 2020-ci ildə zərərlə işlədiyi məlum olub. Hesabatda qeyd olunur ki, son bir ildə şirkətin aktivləri 3% aşağı düşüb.

Onu da bildirək ki, bu şirkətin digər bir rəhbəri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadədir.

Mərkəzi Bank sədrinin 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 1979-cu il təvəllüdlü oğlu ilə evlidilər. 

Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda  modelyer kimi fəaliyyət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar