Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz “soyqırımı” unutmalı, Türkiyə ilə dostluğa başlamalıyıq” – Erməni politoloq

“Son günlər Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi fəal şəkildə müzakirə olunur. Bu, bütün keçmiş liderlərin üzləşdiyi müstəqil Ermənistanın qlobal problemlərindən biridir”.

Bu barədə politoloq Suren Sarkisyan özünün facebook səhifəsində yazıb. O daha sonra bildirib: “Ermənistan-Türkiyə münasibətlərinin iki əsas inkişaf prinsipi olduğunu aydın şəkildə dərk etmək lazımdır:

1. Münasibətlərin tənzimlənməsi (normallaşma)

2. Uzlaşma

Bunlar iki fərqli prinsipdir. Birincisi bizə, ikincisi Türkiyə tərəfinə faydalıdır. Ümumiyyətlə, Ermənistanın üç keçmiş prezidenti münasibətlərin normallaşdırılması konsepsiyasını (ilkin şərtlər olmadan) müdafiə etdilər və bu istiqamətdə çalışdılar. Barışmaq, keçmişi unutmaq və sıfırdan başlamaq deməkdir. Bu, türk gündəmidir. Deməli, biz “soyqırımı” unutmalı, beynəlxalq soyqırımın tanınması məsələsini xarici siyasət gündəmimizdən çıxarmalı və Türkiyə ilə dostluğa başlamalıyıq. Eyni zamanda bu, Ermənistanla diaspora arasında bir paz sürmək deməkdir”.

Suren Sarkisyan əlavə edib ki, indi Təhlükəsizlik Şurasının niyə Türkiyə ilə əlaqələr qurmağa çağırdığı aydın deyil: “Makunts Vaşinqtona səfir təyin edildi, baş nazir isə Türkiyəyə düşmən olmağa ehtiyac duymadığını bildirdi. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti Türkiyə senarisini izləyir. Maraqlıdır ki, bütün bunlar əsas beynəlxalq oyunçu olan ABŞ-ın soyqırımın tanınması faktına görünməmiş dərəcədə yaxın olduğu 24 aprel ərəfəsində edilir. Sevilməyən səlahiyyətlilər, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsinizsə, bu prosesə üç il əvvəl başlamalıydınız. Əgər indi başlamaq istəyirsənsə, Türkiyənin gündəmini həyata keçirmirsənsə, heç olmasa 24 apreldən sonra bunu et”. (Konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar