Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını azaldıb

Bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 77 mənzil alıb.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin fevral ayı ilə müqayisədə 13 mənzil və ya 14,4 % azdır.

Ümumilikdə isə yanvar-fevral aylarında 145 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin iki ayı ilə müqayisədə 44 ədəd və ya 23,3 % azdır.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyədə 2 995 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin fevral ayı ilə müqayisədə 1 053 ədəd və ya 26 % azdır.

Bu ilin yanvar-fevral aylarında isə Türkiyədə 5 707 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 2 286 ədəd və ya 28,6 % azdır.

Türkiyədə ən çox mənzil alan İran vətəndaşları olub. Bu ölkədən olanlar fevralda 477, yanvar-fevral aylarında isə 936 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 432, yanvar-fevralda isə 817 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar fevralda 259 mənzil, yanvar-fevralda isə 519 mənzilə sahib olub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar