Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL-ın sərnişin daşımaları kəskin azalıb

2020-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi “Buta Airways” 2019-cu illə müqayisədə 78,7 % az- 574,2 min sərnişin daşıyıb.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Hesabata əsasən, ötən ildə əvvəlki illə müqayisədə yük və baqaj daşınması 66,6 % azalaraq 5 min ton, poçt daşınması isə 66,2 % azalaraq 171,5 ton təşkil edib.

Beynəlxalq reyslərlə daşınan sərnişinlərin sayı 80,4 % azalaraq 407,7 min nəfər təşkil edib. Daxili marşrutlar üzrə isə 166,5 min sərnişin daşınıb.

AZAL-ın aviaşirkətlərin reyslərində sərnişin dövriyyəsi 980,6 mln sərnişin/km təşkil edərək, əvvəlki illə müqayisədə 79,3 %, beynəlxalq reyslərində sərnişin dövriyyəsi isə 864,7 mln sərnişin/km təşkil edərək, 2019-cu illə müqayisədə 80 % azalıb.

Hesabat dövründə sərnişin oturacaqlarının tutulma faizi əvvəlki illə müqayisədə 17,8 % azalaraq 57,8 % təşkil edib. Beynəlxalq hava xətlərində sərnişin oturacaqlarının tutulma faizi 2019-cu illə müqayisədə 19 % azalaraq 55,7 % təşkil edib.

pia.az


Etiket: AZAL

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar