Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi də başlandı?..

“İki gündür ki, 500-ə yaxın rus sülhməramlısı və azərbaycanlı sərhəd boyu ölçmə işləri aparır...”
 
“İcevan yaxınlığında Azatamut, Kayan, Barhudarluda türklərə nəhəng ərazilər veriilir. Artıq iki gündür ki,  500-ə yaxın rus sülhməramlısı və azərbaycanlı Tavuş vilayətində Azatamut, Kayan, Barxudarlu kəndlərində sərhəd boyu ölçmə işləri aparır”. 
 
PİA.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində sözügedən ərazidə yaşayan erməni qadınlardan biri yazıb.
 
“Torpaqlarımızı verirlər və Tavuş sakinləri problemlə təkbaşına qalıblar. Nikol yenə şifahi olaraq razılaşıb?” –deyə erməni qadın sual edir.
 
Ermənistanın “Toqarma 301” teleqram-kanalı  məlumatı dəqiqləşdirməyə  çalışıb.
 
“Sərhəddəki Voskepar(Əskipara-S.L.) sakinləri ilə əlaqə qurmağı bacardıq.
 
Tavuş istiqamətində sərhədlərin "demarkasiyası" barədə məlumat təsdiqlənir. Sakinlərin məlumatına görə, demarkasiya dövlət sərhədi boyunca gedir, lakin rəsmilər onlara dəqiq məlumat vermir.
 
Həmçinin, sakinlər Barxudarlı anklavının və onun yanındakı kəndlərin Azərbaycana verilməsi barədə məlumat verirlər.
 
Sərhədin  demarkasiyasının “Google” xəritələrindən istifadə edilərək, ətraflı müzakirə edilmədən və müstəsna olaraq Azərbaycan tərəfinin xeyrinə aparıldığını nəzərə alsaq, Ermənistanın (Syunikdəkinə bənzər) yolun bir hissəsini itirməsi ehtimalı var.
 
Sakinlər eyni zamanda qaz kəmərinin bir hissəsinin də Azərbaycana keçəcəyini bildirirlər”- erməni teleqram-kanalı belə yazır.
 
Xatırladaq ki, Azərbaycan, ErmənistanRusiya liderləri arasında imzalanmış 10 Noyabr bəyanat-razılaşmanın 2-ci bəndinə əsasən Qazax rayonunun işğal edilmiş 7 kəndi  Azərbaycana ötən ilin dekabrından  geri verilməli idi.
 
Azərbaycana qaytarılacaq 7 kənd - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar