Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəb, bağça, yataqxana, sanatoriya və pansionatlarda 40 mindən çox köçkün ailəsi məskunlaşıb

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ötən gün keçirilən VII qurultayındakı çıxışı zamanı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə köçürülmə

zamanı ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilib”.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və çağırışı ilə özəl sektor bu işə qoşulub və onlar tərəfindən bir neçə yaşayış kompleksi

tikilərək məcburi köçkünlərin istifadəsinə verilib. Bu günədək 300 mindən çox məcburi

köçkünün mənzil məişət şəraiti yaxşılaşdırılıb.

“Hazırda respublika üzrə məktəb, uşaq bağçası, yataqxana, inzibati sanatoriya, pansionat və s. bu tipli obyektlərdə 40 mindən çox ailə müvəqqəti məskunlaşıb. Hazırda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı qeyd edilən inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr də yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, - deyə məlumatda vurğulanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar