Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diplomatik korpusun nümayəndələri Qubadlıda olublar - Foto

Diplomatik korpusun nümayəndələri Qubadlı şəhərinin mərkəzində olublar.

PİA.az-ın xəbərinə görə, Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, rayon işğal dövründə elə dağıdılıb ki, onun mərkəzinin harada yerləşdiyini müəyyən etmək belə çətindir. O deyib ki, yaşayış binaları dağıdılıb yalnız hərbi məqsədlər üçün işğal dövründə Ermənistan tərəfindən istifadə olunan binalar tikilib.

H. Hacıyev Qubadlının işğal tarixi barədə diplomatları məlumatlandırıb.

"Qubadlının və Zəngilanın işğalı çox çətin şəraitdə baş verib. CəbrayılFüzuli işğal olunduğu üçün bu rayonlarda yaşayan insanların rayonu tərk etməsi çətin idi, onlar mühasirəyə alınmışdı. Belə bir şəraitdə mülki əhalinin çox hissəsi Araz çayı üzərində İranın yaratdığı humanitar dəhliz vasitəsilə çıxmaq məcburiyyətində qaldılar. Onların bir çoxu da Araz çayında öz həyatlarını itirdilər. Bu da Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işğal prosesi çərçivəsində törətdiyi qırğın siyasətinin tərkib hissəsi idi.

Ekspert qrupları Qubadlıda olublar və burda törədilən dağıntıları qiymətləndiriblər", - H. Hacıyev deyib.

O həmçinin əlavə dib ki, bu şəhər Azərbaycan üçün tarixi və mədəni baxımdan önəmlidir bu şəhərdə çoxsaylı dini mədəni abidələr olub lakin bu abidələr dağıdılıb: "Cəbrayılda mən xüsusilə dağıdılan qəbiristanlıqlar barədə danışmaq istərdim. Hədəflənmiş şəkildə evlər və mülkiyyətlərlə yanaşı biz qəbiristanlıqların da dağıdılmasının şahidiyik".

Daha sonra birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov 1993-cü ildə XİN əməkdaşı olaraq Qubadlıya son səfəri barədə danışıb.

O bildirib ki, əhalinin əksəriyyəti həmin dövrdə rayonu tərk etmək istəmirdi:

"Rayon coğrafi baxımdan çox strateji bir yerdə yerləşir. Rayon 1988-ci ildə Ermənistanda qovulan azərbaycanlıları qəbul edən ilk rayonlardan biri idi.

Əhali rayonu müdafiə edirdi, lakin həm Qarabağdan və həm də Ermənistan ərazisində yerləşən Qafan şəhərindən davamlı artilleriya atəşinə məruz qalan rayon sakinləri həyatlarını xilas etmək üçün öz evlərini tərk etməyə məcbur oldu".

E. Əmirbəyov onu da deyib ki, müharibə dönəmində Qubadlının əhalisi təxminən 29000 nəfər idi lakin keçən illər ərzində rayonun əhalisinin sayı artaraq 40 000-i keçib.

"Mən əminəm ki, bu insanların arzusu öz ata yurdlarına qayıtmaqdır", - deyə o vurğulayıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar