Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Entoni Blinkenlə Qarabağı müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti müzakirə ediblər. Amerika tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin vacibliyini vurğulayıb.

Söhbət zamanı ikitərəfli münasibətlər, əsirlər məsələsi də müzakirə olunub. Paşinyan, ABŞ-ın Ermənistana davamlı yardımını, eləcə də ATƏT-in Minsk qrupundakı rolunu yüksək qiymətləndirib.

Dövlət katibi də öz növbəsində ABŞErmənistan arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini söyləyib. Ermənistanın demokratiya baxımından qazandığı uğurları vurğulayaraq, Birləşmiş Ştatların respublikada islahatlar aparmaq üçün yardım göstərməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, bu, Ermənistan hökumətinin başçısı ilə ABŞ-ın yeni dövlət katibi arasında ilk danışıqlardır.

pia.az 


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar