Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ömürlük məhkumların sayı - Onlar da əfv oluna bilər

Hazırda Azərbaycanda 273 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var. Əfv Məsələləri Komissiyasından Modern.az-a daxil olan məlumata görə, Novruz bayramı ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanacağı gözlənilən əfv sərəncamının siyahısına ömürlük məhkumların da adı daxil edilib.

Hüquqşünas, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, ömürlük məhkumlar məsələsi illərdir cəmiyyətinin diqqətindədir:

“2019-cu ildə prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmişdi. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənmişdi. Ötən il koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan 176 məhkumun sağlamlığı əsas götürülərək, azadlığa buraxıldı. Onların içində 11 qadın və ömürlük azadlıqdan məhrum edilmiş 2 nəfər var idi. Qanunvericilikdə ömürlüklərin azad olunma qaydaları bir qədər də sadələşdirilib. Onların şərti olaraq azad edilmələri üçün məhkəməyə müraciət qaydalarında dəyişiklik edilib. Belə ki, əvvəllər ömürlük məhbuslar müraciət edib rədd cavabı aldıqdan sonra 1 il yeni müraciət üçün gözləməli olurdularsa, indi belə deyil. Onlar rədd cavabından 6 ay sonra yenidən azad edilmələri üçün müraciət etmək hüquqları qazanırlar”.

Ə.Nuriyev deyib ki, Azərbaycanda qanunvericilik ömürlük həbsdə olanların azadlığa çıxma imkanlarını bu və ya digər dərəcədə tanıyır:

“Cinayət Məcəlləsinə edilən dəyişikliklər onlara imkan verdi ki, cəzalarının 25 ilini çəkdikdən sonra vaxtından əvvəl şərti olaraq azadlığa çıxmaq üçün müraciət etsinlər. Amma xüsusilə son 5 ildə davranışları ilə fərqlənən, hər hansı intizam tədbirləri almamalıdırlar. Belə şəxslərə məhkəmə vaxtından əvvəl azadlığa çıxmaq imkanı verə bilər. 2017-ci il 10 fevralda cəzaların humanistləşdirilməsi ilə bağlı ölkə prezidentinin sərəncamı ilə Cinayət Məcəlləsində 300-dən artıq tərkibdə dəyişikliklər baş verdi. Digər tərəfdən, ömürlük məhbusların azadlığa çıxmaq imkanlarından biri də əfvə müraciətlə bağlıdır. Ömürlük həbsə məhkum edilmiş istənilən məhbus cəzasının 10 ilini çəkəndən sonra əfv üçün müraciət edə bilər. Onların cəzaları 25 illə də əvəzlənə bilər. Bu da həmin məhbusun azad edilmə imkanlarını xeyli dərəcədə yaxşılaşdırır. Azərbaycan praktikasında belə əfv sərəncamları olub. 2019-cu ildə 3 ömürlük məhbusun cəzası müddətli cəza ilə əvəzləndi. Müddət başa çatandan sonra onlar cəzadan azad edildilər. Bundan əvvəl əfv sərəncamları ilə ömürlük məhbusların da azadlığa çıxdıqlarını biz praktikada görmüşük. Əfv Komissiyasına ömürlük məhbuslar da müraciət edirlər. Komissiya da qanunvericiliyin meyarlarını əsas götürüb tövsiyə xarakterli qərarlar qəbul edir. Qəbul edilən qərar pozitiv də, neqativ də ola bilər. İstənilən halda qanunvericilik onların azadlığa çıxma imkanlarını tanıyır. Sadəcə, qanunvericiliyin tələblərinə uyğun olaraq bu proseduralar olmalıdır”.

Əliməmməd Nuriyev deyib ki, ömürlük məhbusların böyük əksəriyyəti ağır qətllər törətmiş şəxslərdir:

“Onların azadlığa çıxmalarının ən vacib amillərdən biri də tərəflərin barışıq əldə etmələridir. Əfv üçün müraciət hüququnun yaranması əfv anlamına gəlmir. Müraciət mütləq komissiya tərəfindən müəyyənləşdirilir. Məhbusun azadlığa çıxdıqdan sonra cəmiyyət, ətraf üçün təhlükəli olmayacağına əminlik yaranandan sonra həmin məhbusun azadlığa çıxmaq imkanları artır. Əfv etmək cənab prezidentin müstəsna səlahiyyətindədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar