Cümə, 16 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Prezident: "Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik"

Bu gün bir ölkə yoxdur ki, Azərbaycanın onunla hansısa problemi olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq, Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. “Şərq Tərəfdaşlığı” ölkələrindən heç biri Avropa İttifaqının doqquz üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamayıb.

PİA.az xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bildirib.

“Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. İndi pandemiya və müharibə əlbəttə ki, bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın çoxşaxəli xarici siyasət yürütdüyünü qeyd edən Prezident İlham Əliyev deyib: “Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər əsas hüquqi baza olaraq ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi. Amma onlar icra edilmirdi, biz onları icra etdik”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Baş tutmayan çevriliş cəhdi və qələbəni gözdən salmaq planları

Azərbaycanda 2 qadın kişinin əl-ayağını bağlayıb, təcavüz etdi - Video

Ərdoğanın Putinə məşhur məktubu Abbas Abbasovun mətbəxində qələmə alınıb?..

Dilqəmlə Şahbaz arasında nə baş verib? - “Ona iki sillə vurdum, çünki...”

“Nəbinin heç bir xəstəliyi yox idi, müalicəsi gec başladı”

Gülü əsəbləşdi: "Ev də mənimdir, maşın da !"

Lukaşenkonun Bakıya qəfil səfərinin pərdəarxası

Günel Həsənli ilə videosu yayılan Mahir: "Sizə kim ixtiyar verib bu nömrəni yığmağa?"

Bərdədə azyaşlı uşağın cinsiyyət orqanına xəsarət yetirən qadına cinayət işi açıldı - Yenilənib

Ən çox oxunanalar