Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Prezidentin açılış etdiyi gəmi-muzeydən reportaj - Video

2018-ci idə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edib. Ölkəmizin qocaman şirkətlərindən olan, şanlı keçmişə malik Gəmiçiliyin 160 illik yubileyi çərçivəsində tarixi araşdırmalar əsasında elmi kitablar yazılıb, sənədli filmlər çəkilib.

Ölkə başçısı cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyinin ərsəyə gəlməsi isə bu sahədə atılan növbəti mühüm addımlardan biridir.

Muzey qismində “Suraxanı” tankerinin seçilməsi heç də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Bir zamanlar Xəzərdə üzən "Suraxanı" gəmisi dünyanın ilk tankeri “Zoroastr”-la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmidən biridir.

Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.

Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodu, eləcə də “Xəzər ” MMC-nin insan və texniki resursları səfərbər edilib. Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.

Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. Layihənin konsepsiya və dizaynını bu sahədə 90 illik təcrübəyə malik və bir çox uğurlu layihələrə imza atan Böyük Britaniyanın “Freeman XP” şirkəti təqdim edib. Dizaynın layihələndirilməsi isə dünyaca məşhur muzey, elm mərkəzləri, müxtəlif mövzulu pavilyonların hazırlanmasında peşəkarlığı ilə seçilən Niderlandın “Hypsos” şirkətinə həvalə olunub.

Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.

Dünyada yeganə tanker-muzeyə səyahət qarşılanma zalından başlayır. Burada ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, heyət üzvləri, onların vəzifələri barədə məlumatlandırırlar. Bu zal gəmilərdə təhlükəsizlik texnikası və insan həyatının xilasetmə avadanlıqlarına dair eksponatlarla da zəngindir.

“Yanalma və lövbər əməliyyatları zalı” əsas göyərtədən aşağı qatda yerləşir. Bu zalda lövbərin və zəncir mexanizminin gəmidəki rolu, yanalmanın prinsipləri barədə məlumatlar təqdim edilir. Burada xüsusi oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək də mümkündür. Zalda müxtəlif dəniz düyünləri haqqında məlumat almaq, kəndirlərdən istifadə etməklə düyünləri bağlamaq imkanı da yaradılıb.

İki hissədən ibarət “Xəzərin ruhu” zalında isə Xəzər və bütün Xəzər regionunun milyon illər əvvəldən müasir dövrümüzə qədərki inkişaf tarixi əks olunub. Eyni zamanda burada dünya tarixinin incisi Qobustana aid və ölkəmizdə qədim dənizçilik ənənələrinin mövcudluğunu sübuta yetirən bir çox maraqlı eksponatlarla da tanış olmaq imkanı var.

Azərbaycanda ilk olan unikal 360 dərəcəli ekranla ziyarətçilər nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevriləcəklər. Bununla da, qonaqlar Odlar yurdunun qədim və müasir tarixi ilə qeyri-adi formada tanış ola biləcəklər. Video zaldan çıxışda isə qonaqları XVIII-XX əsrlərə aid gəmiçiliklə bağlı unikal eksponatlara toxunmaq fürsəti gözləyir.

“Gəmilər və Gəmiçilik” zalında "Suraxanı" gəmisinin uzunluğu 5 metrə çatan ən xırda detallarına qədər dəqiq əks olunan modeli sərgilənir. Burada həmçinin bu tip gəmilər haqqında məlumatlar yerləşdirilib. Zalda nümayiş olunan videoda isə gəmi-muzeyin yaradılmasını, yerinə yetirilən təmir və yenidənqurma işlərinin miqyasını anbaan əks etdirən qeyri-adi kadrları görmək mümkündür. Bu zalda müasir Azərbaycanın, həmçinin dünyanın ən böyük gəmilərinin modelləri də sərgilənir.

"Naviqasiya və kommunikasiya" zalında ziyarətçilər gəmiçilikdə istifadə edilən günümüzə çatmış qədim və orta əsrlərə aid müxtəlif eksponatlarla, dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı qazanacaqlar. Burada xüsusi interaktivdən istifadə etməklə Morze əlifbası vasitəsilə məlumat ötürmək də mümkün olacaq. “Suraxanı” gəmi-muzeyi üçün yaradılmış naviqasiya masasında isə qonaqlar Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edəcəklər. Eyni zamanda zalda siqnal bayraqları və onların funksiyasının geniş auditoriya tərəfindən rahat mənimsənilməsi üçün xüsusi “bayraq interaktivi” yaradılıb.

“Yükdaşıma” zalında yük gəmilərinin təyinatı, konteyner daşınmasının xüsusiyyətləri barədə məlumat əldə etmək olar. Ziyarətçilər modeldən istifadə edərək, konteynerin yükləmə-boşaltma əməliyyatını həyata keçirə, dünyanın ən böyük konteynerdaşıyan gəmilərindən sayılan "OOCL Hong Kong"la tanış ola bilərlər. Burada müasir Ələt limanı, Bakı Gəmiqayırma Zavodunun maketləri və onların potensialları da nümayiş etdirilir. “Oil Wall”-“Neft stendi” instalyasiyasında Xəzər neftinin tarixi, interaktiv oyun vasitəsilə isə neftin yüklənməsi-boşaldılması əməliyyatı müxtəlif üsullarla təqdim olunur.

“Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik” zalında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik şanlı və zəngin tarixinə səyahət imkanı olacaq. Burada həmçinin Böyük Vətən müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin yazdıqları qəhrəmanlıq salnaməsi yer alıb. Zalda Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi misilsiz xidmətləri əks etdirən interaktiv kitab mövcuddur. Ziyarətçilər burada ölkəmizin milli sərvəti olan Gəmiçilik və dövlət arasında sarsılmaz bağları əks etdirən lövhə, “Qarabağ Azərbaycandır”! və Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən info-monitorla da tanış ola biləcəklər.

Maşın şöbəsində gəminin “ürəyi” sayılan baş mühərrik, köməkçi mühərriklər, nasoslar, bir sözlə gəmini hərəkətə gətirən qurğular illər öncəki formalarında nümayiş edilir. Burada VR (virtual reallıq) eynəkləri ilə ziyarətçilər ötən əsrin ortalarına səyahət edərək maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olacaqlar.

“Dənizçilər qalereyası”nda isə ziyarətçiləri əfsanəvi dənizçilərlə, “Suraxanı” gəmi heyətinin ötən əsrin 60-cı illərinə aid orijinal vəziyyətdə rekonstruksiya edilmiş kayutlar, kambuz kimi məişət otaqları ilə tanışlıq gözləyir. Burada həmçinin on illər öncə “Suraxanı” tankerində istifadə olunan məişət avadanlıqları və əşyaları da görmək mümkündür.

Suraxanı” gəmisinin idarə edilməsi üçün vacib postlardan olan kapitan körpüsü, naviqasiya və radio otaqları da illər öncəki orjinal vəziyyətinə uyğun rekonstruksiya edilib. Burada tankerin idarə olunması və XX əsrin ortalarına aid bütün avadanlıqları görmək mümkündür.

Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri isə malakofauna, mərcanların və digər flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Okean və dənizlərdən yığılan kolleksiya ziyarətçilərin böyük marağına səbəb olacaq.

Muzeyin ərazisində restoran da fəaliyyət göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış təamlardan dadmaq mümkündür.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayacaq. Eyni zamanda bu muzey tarixilik və müasirliyi özündə sintez edən paytaxt Bakımızın yeni simvollarından birinə çevriləcək.

Muzey yaxın günlərdə ziyarətçilərin üzünə açılacaq və bununla bağlı ictimaiyyətlə əvəlcədən məlumat veriləcək.

Onu da qeyd edək ki, şəhid ailələri, Vətən müharibəsi iştirakçılarının ailələrinə giriş ödənişsiz olacaq.

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Kəmaləddin Heydərov Britaniyada daha bir şirkətini ləğv edib - Sənəd

Ən çox oxunanalar