Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert komitə sədrinə cavab verdi

Rövşən Ağayev: "Devalvasiyanın gömrük yığımlarına təsiri məsələsində mübahisəyə yer yoxdur”

"Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir”...

PİA.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev şəxsi sosial media hesabında yazıb.

Martın 4-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin iştirakı ilə "2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib. Konfransda komitə sədri son dövrlərdə bəzi ekspertlər tərəfindən xarici ticarət dövriyyəsinin statistik göstəriciləri əsasında yanlış üsullarla hesablamalar aparıldığını və nəticədə ortaya çıxan rəqəmlərin cəmiyyətdə gömrük orqanlarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan rəyin formalaşmasına yol açdığını diqqətə çatdırıb.

Bildirilib ki, gömrük orqanları fəaliyyətini qanunvericiliyin tələblərinə əsasən şəffaf şəkildə qurub və bu barədə mütəmadi olaraq cəmiyyət məlumatlandırılır.

İqtsadçı ekspert Rövşən Ağayev devalvasiyanın gömrük yığımlarına təsiri ilə bağlı sosial mediada fikirlərini paylaşdığı üçün S.Mehdiyevin qeyd etdiyi ekspertlər arasında olduğunu düşünür: "Komitə sədri çıxışında iqtisadi təhlilçiləri aşağılayan ifadələr işlədərək bəzi ekspertlərin gömrük yığımlarının artımını devalvasiya ilə əlaqələndirdiyini bildirdi və bunu da Komitənin uğurlarını kiçiltmək kimi yozdu”.

Ekspert devalvasiyanın gömrük yığımlarına təsirinin danılmaz olduğu qənaətindədir: "Devalvasiyanın gömrük yığımlarına təsiri məsələsində mübahisəyə yer yoxdur, sadə riyazi hesablamalardır. Xarici ticarət, xarici valyuta, əsasən ABŞ dolları ilə aparılır, rəsmiləşdirmə gününə Mərkəzi Bankın məzənnəsi ilə milli valyutaya çevrilərək gömrük vergi və rüsumları hesablanır. Məsələn, 2014-cü ildə 9.2 mlrd. dollarlıq idxal manat ifadəsində 7.2 mlrd. manat idi, amma tutaq ki, 2018-ci ildə 9.2 mlrd. dollarlıq idxal 15.7 mlrd. manat olur. Aydın məsələdir ki, vergi və rüsum dərəcələrinin sabit qaldığı şəraitdə 2014-cü ildə 1.5 mlrd. manatlıq yığım 2018-ci ildə ən azından 3 mlrd. manat olmalıdır. Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir”.

R.Ağayev bildirir ki, 2014-2018-ci illərdə gömrük yığımlarının artımı birmənalı olaraq manatın dəyərsizləşməsi ilə bağlıdır: "2019-cu ildə 2018-ci illə müqayisədə təxminən 1 milyard manatlıq artım isə təbii ki, devalvasiyanın hesabına deyil. Bəs nəyin hesabınadır?”

Bu suala cavab olaraq iqtisadçı deyir ki, birinci amil son illər idxal üçün aksiz dərəcələrinin kəskin artırılmasıdır: "2017 ci ilə nisbətən aksizlərdən daxilolmaların 3 dəfəyə yaxın artımı da bunu təsdiq edir. İkinci amil də var, amma DGK bir suala dəqiq cavab versə, həmin amillə bağlı öz versiyamı yazacam. Niyə 2017-ci ilədək "Comtrade” bazasına əsasən "güzgü statistikası"nda Azərbaycan tərəfinin göstərdiyi idxal xarici tərəfdaşların göstərdiyindən ən azı 35-40% az olurdu, amma 2018-ci ildən başlayaraq, əksinə Azərbaycan tərəfi az qala 25-30% çox görünməyə başladı?”(Valyuta.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar