Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı COVID-19-la mübarizədə Azərbaycana yardım edəcək

Dünya Bankı COVID-19 pandemiyasının Azərbaycanda yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək üçün layihə hazırlayır.

Dünya Bankından verilən məlumata görə, layihə investisiya məqsədli deyil və analitik kömək məqsədi daşıması gözlənilir. "Azerbaijan COVID-19 Emergency Response Project" adlanan layihənin dəyəri 95 mln. ABŞ dolları göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir.

Xatırladaq ki, bundan başqa, Dünya Bankının hazırda ölkədə daha üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.

"Regional əlaqələr və inkişaf" ("Regional Connectivity and Development Project") layihəsinin may ayında təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. ABŞ dolları təşkil edir. 2020-ci il ərzində Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Bank Azərbaycana 5 mart tarixində ölkədə məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. dollar, 26 mart tarixində isə "Məhkəmə xidmətləri və əqli infrastruktur" layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsini təsdiqləyib.

Ümumilikdə, 1992-ci ildən bəri, bank Azərbaycana 70-dən çox layihə üzrə 4 mlrd. dollardan çox vəsait ayırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar