Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın yarımprezident respublikası modelinə qayıtmasının səbəbləri

Ermənistanın baş naziri Nikol Paşinyan martın 1-də keçirilən mitinqdə yarımprezident idarəetmə formasına qayıtmaq planını açıqlayıb. 2018-ci ildə baş nazir vəzifəsini öz üzərində ölçərkən o, bu idarəetmə formasını səmərəsiz hesab edirdi. Həmin vaxt yarımprezident idarəetmə formasından parlament formasına keçidi təmin edən 2015-ci il tarixli konstitusiya islahatı qüvvəyə minmişdi.

Paşinyanı parlament respublikası forması qane edirdi, belə ki, prezidentin müdaxilələri onun fəaliyyətini məhdudlaşdırmırdı. İndi prezident parlament əksəriyyəti və müxalifət arasında açıq qarşıdurma şəraitində arbitr rolu oynayan nominal fiqura çevrilib. Parlament əksəriyyətinin seçdiyi prezident Armen Sarkisyan indiyədək əlindən gəldiyi qədər Paşinyanın eks-prezident Robert Koçaryanın və onun tərəfdarlarının şəxsində keçmiş hakimiyyətdən olan rəqibləri ilə qarşıdurmalarını diplomatik şəkildə yumşaltmağa çalışırdı. Amma 44 günlük Qarabağ müharibəsi Ermənistanı vətəndaş müharibəsi həddinə gətirib çıxardı, artıq prezident-arbitrin fikir ayrılıqlarını yumşaltması getdikcə daha da çətinləşir. Vəziyyət prezidentin deklarativ olmayan, icrası məcburi olan qərarlar qəbul etmək üçün daha geniş səlahiyyətləri olmasını tələb edir.

“2015-ci ildə qəbul edilmiş və 2018-ci ildə qüvvəyə minmiş konstitusiya bizim üçün çox sayda nöqsanı üzə çıxardı, eyni zamanda o, böhran vəziyyətlərinin yaranması üçün risklər ehtiva edir. Hesab edirik ki, yarımprezident formasına keçid ən yaxşı variantlardan biri olacaq”, deyə bu yanaşmanı böhrandan ən yaxşı çıxış yolu hesab edən Paşinyan qeyd edib.

Prezidentlə işgüzar tandemin formalaşdığı və küçədə baş verənlərdən göründüyü qədər, keçən ilki müharibədə Azərbaycan tərəfindən ağır məğlubiyyətə uğradılmasına baxmayaraq, baş nazirin hələ də ölkə əhalisinin əksəriyyətinin etimadına malik olduğu bir şəraitdə Paşinyanı bu qərara nə sövq edib? 1 mart mitinqi iştirakçılarının sayına görə çox böyük mitinq idi və bu gün müxalifətə Rusiya-Ermənistan-Azərbaycan arasında 10 noyabr 2020-ci il tarixli sülh bəyanatının imzalandığı gündən etibarən arzusunda olduğu intiqam üçün şans buraxmayıb.

Ermənistan xəritəsinə “quşbaxışı”nəzər salsaq, ictimaiyyi məkənda vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi mümkünlüyü və ya ən pis halda 2023-cü ildə keçiriləcək növbəti seçkilər şəraitində hakimiyyət olimpini ələ keçirməyə və ya əlində saxlamağa çalışan siyasi qüvvələrin daim yer dəyişdiyini görmək olar. Seçkilər mütərəddid vəziyyətə son qoya bilər və Paşinyanın, onun başlamış islahatlarının məğlub olması və Ermənistanın keçmiş qırğıların başçılığı altında avtoritar yarımhərbi idarəetmə formasına qayıtması təhlükəsi var. Ermənistanda dövlət hakimiyyətinin hazırki siyasi quruluşunda baş nazirin həmfikiri, nominal prezident Sarkisyan Ermənistanın qaranlıq keçmişə yuvarlanmaması üçün heç nə edə bilmir. Parlament seçkilərində müxalifət qalib gələcəyi təqdirdə isə 2025-ci ildə Sarkisyanın 7 illik prezidentlik müddəti başa çatdıqdan sonra Paşinyanın əleyhdarlarından ibarət parlament əksəriyyəti parlament və prezident hakimiyyətinin tam ahəngini təmin etmək üçün prezident kürsüsünə öz əlaltısını gətirəcək.

Paşinyanın yarımprezident idarəetmə formasına qayıtmaq qərarı haqqında ağla iki versiya gəlir. Birinci versiyanı sığorta adlandırmaq olar və o, Sarkisyana silahlı qüvvələrə rəhbərlik edən və parlamenti buraxmaq və s. iqtidarında olan gerçək dövlət başçısı rolunu təmin edən səlahiyyətlər verilməsini nəzərdə tutur. Və baş nazirin fəaliyyət qabiliyyəti olmadıqda (terror aktı, FH) prezident vəziyyəti nəzarəti altına götürür və siyasi kursun davam etdirilməsini təmin edir.

İkinci versiya – qabaqlayıcı addımdır. Paşinyanın səlahiyyət müddəti 2023-cü ildə və ya vaxtından əvvəl seçkilər keçiriləcəyi təqdirdə bəlkə də daha erkən başa çatacaq, yəni o, Ermənistanın hərbi relsdən dinc relsə keçidini başa çatdıra və ölkənin regionda qarşıdurmasız mövcudluğunu və sülhə açıqlığını təmin etməyi çatdırmaya bilər. Bu mürəkkəb vəziyyətdə Paşinyan başladığı işin uzun müddət davam etdirilməsini təmin etmək üçün yeni geniş səlahiyyətlərlə prezident kürsüsünə keçmək qərarı qəbul edə bilərdi. Bu, bu il baş verərsə, onun 2028-ci ilə qədər hakimiyyətdə qalmasına zəmanət verər.

Prezidentin səlahiyyətlərinin genişləndirilməsi ümumxalq referendumundan əvvəl də baş verə bilər. “Referendum keçirilənə qədər parlament Konstitusiyanın bəzi maddələrinə ümumxalq səsverməsi tələb etməyən düzəlişlər edə bilər”, deyə baş nazir 1 mart mitinqində bildirib.

Amma Paşinyanın prezident seçilməsi üçün Sarkisyan istefa etməlidir. Bu, tamamilə mümkündür. 2020-ci ilin sentyabrından etibarən üç dəfə prezidentin respirator xəstəliyi barədə məlumat verilib. Yanvarın əvvəllərindən fevralın ortalarına qədər Sarkisyan uzun müddət Londonda koronavirusdan müalicə olunub (rəsmi versiyaya görə), bu günlərdə sonuncu siyasi böhran zamanı isə yenə xəstələnib. Səhhəti ilə əlaqədar vəzifədən getmək üçün lazım olan əsas bu ola bilməzmi?

Arayış

Yarımprezident modelində (Fransa) prezident, ilk halda da olduğu kimi, dövlətin başçısıdır, amma hökumət başçısı deyil və baş nazir vəzifəsini tutmur. Prezident hökumətə təsir etmək imkanı verən ən mühüm səlahiyyətlərə malikdir. Yarımprezident modelinin mahiyyəti prezidentin kifayət qədər güclü hakimiyyətə malik olmasından, hakimiyyət bölgüsünün prezident respublikalarında olduğundan bir qədər az olmasından ibarətdir:

Prezident hökumətin iclaslarına sədrlik edə bilər;

prezident hökumətin qəbul etdiyi dekretlərin və qərarların təsdiq edilməsi imtiyazına malikdir;

prezident parlamentin qəbul etdiyi qanunlara veto qoymaq hüququna malikdir;

prezident parlamenti buraxır;

prezident ali baş komandandır;

prezident dövlətin daxili və xarici siyasətini müəyyən edir;

prezident ölkədə fövqəladə vəziyyət tətbiq etmək hüququna malikdir.(turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar