Bazar, 18 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Kənd yerlərində yaşayan əhali iqtisadiyyata necə töhfə verir?

Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin ümumi daxili məhsulda payı 13,4 faizdir. Eləcə də, KOB-ların ölkədaxili ümumi məşğulluqda payı 42,9 faizi təşkil edir.

Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının kiçik və orta biznes subyektlərinin fəaliyyət imkanlarını və potensialını əks etdirən hesabatında məlumat verilib.

Bildirilib ki, 2018-ci ildən Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin artımı, qaz hasilatı və ixracının həyata keçirilməsi ilə yeni rifah dövrünə qədəm qoyub. 2019-cu ildə ölkə iqtisadiyyatı 2,2 faiz artımla 2014-cü ildən bəri ən yaxşı göstəricini əldə edib.

Əlavə edilib ki, iqtisadi artım qeyri-enerji sektorunun ÜDM-də payının yüksəlməsi ilə də əlaqəlidir. Belə ki, Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı 3,5 faiz artıb ki, bu, kənd təsərrüfatı və xidmət sahələrinin genişlənməsi hesabına qeydə alınıb.

Həmçinin qeyd olunub ki, doqquz iqlim qurşağı ilə Azərbaycan dünya miqyasında şabalıd, əncir, fındıq və albalı, çay, tütün, pambıq, üzüm və xurma kimi nadir məhsullar istehsalçısıdır. Ölkədə əhalinin təqribən 47 faizi kənd yerlərində yaşayır və məşğulluğun təqribən 39 faizi kənd təsərrüfatı və emalı sahələrinin payına düşür.

Əkinçilik sahəsinin ÜDM-də payı isə təxminən 6 faizdir. Bu sahə qeyri-neft iqtisadiyyatına böyük töhfə verərək böyüməni, yeni iş yerlərinin açılmasını və ərzaq təhlükəsizliyini stimullaşdırılması üzrə böyük potensiala malikdir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlamas

Lukaşenkonu “Ənvər Sadat kimi öldürmək” istəyiblər - Video

Unudulmuş Qaralov.. – Onun cəzası da günahları qədər ağır olmalıdır!

Mübariz Mənsimovun gizli əmlakını Türkiyə detektivləri axtaracaq

“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

Ən çox oxunanalar