Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İrana müalicə məqsədilə səfər etməyin şərtləri açıqlanıb

İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə müayinə və müalicə üçün İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdır.

İran İslam Respublikasının Bakıdakı səfirliyindən verilən məlumata görə, bununla əlaqədar müayinə və müalicə məqsədi ilə İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları İran İslam Respublikasnın Bakıdakı səfirliyinin Konsulluq şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri ala bilərlər.

Bu prosesdə bəzi şərtlər yerinə yetirilməlidir:

- İrana getmək məqsədi ilə giriş icazəsi almaq istəyən şəxslər səfirliyin Konsulluq şöbəsinə müraciət edərkən İranın tibb müəssisələrindən aldıqları qəbul və müalicə sənədini təqdim etməlidir.

- Giriş icazəsi almış şəxslər İrana daxil olarkən son 72 saat ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin birindən aldıqları sağlamlıq haqqında arayışı (səyahətçinin koronavirusa yoluxmadığına dair PZR testinin nəticəsini) mütləq şəkildə təqdim etməlidir.

İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinin ünvanı:

Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269.

Telefonlar: +99412-433-03-11, +99412-434-19-76.

Qeyd edək ki, daha əvvəl əcnəbi vətəndaşların İrana səfər etməsinin qaydaları açıqlanmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Ziyəddin Əliyevin 1.7milyona abadlaşdırdığı parkın acınacaqlı halı - Fotolar

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Qarabağ yollarında erməni polisi postlar quracaq - Fotolar

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

Şəhid anası: "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

“İnhisar və gömrük problemləri həll edilməsə, irəliləyiş mümkün deyil” - Sabiq nazir

Ən çox oxunanalar