Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayonlara giriş-çıxış bağlana bilər - Açıqlama

"Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Virusa yoluxanların sayı sağalanların sayından iki dəfə çoxdur. Nəzərə alsaq ki, qarşıdan xalqımızın qədim adət-ənənəsi olan Novruz bayramı gəlir, əgər yoluxma statistikası artan tempdə davam edərsə, bu vəziyyət böyük problemlər yarada bilər".

Bu sözləri millət vəkili Cavid Osmanov bildirib.

Deputat hesab edir ki, Novruz bayramında insanlarımız bir-birinə qonaq gedir, bayramlaşır və əsasən də yaşlı qohumlar yad olunur:

"Belə olan təqdirdə insanlar arasında virusa yoluxma halları daha da arta bilər. Bugünkü statistikanı və Novruz bayramı ərəfəsində adət-ənələri nəzərə alaraq, eyni zamanda ölkədə epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bir sıra kiçik müddətli məhdudiyyətlər qoyula bilər.

Bura BakıAbşerona giriş-çıxış məhdudiyyəti, digər rayonlara getməklə bağlı qadağa və bəzi xidmət sahələrinin də kiçik müddətli məhdudiyyətin tətbiqi daxildir. Bu addım virusa yoluxanların qarşısını almaq və ölkədə epidemioloji vəziyyəti nəzarət altına almaq məqsədi daşıyacaq. Təbii ki, bu məsələdə ekspertlərin verdiyi rəylərə Operativ Qərargahda baxılır və yoluxma ilə bağlı mənfi dinamika olarsa, müəyyən qərarlar açıqlanacaq".

Millət Vəkili həmçinin deyib ki, koronavirus pandemiyası əslində bütün dünyada var və bəzi ölkələrdə artıq virusun 3-cü, 4-cü dalğası qeydə alınır: "Bir çox ölkələr sərt karantin rejimlərini yenidən tətbiq etməyə başlayıblar. Azərbaycanda da Novruz bayramı ərəfəsində epidemioloji vəziyyət nəzərə alınaraq müəyyən tədbirlər görüləcək. Əslində heç bir dövlət qapanmalarla üzərinə böyük maliyyə yükü götürmək istəməz. Lakin karantin qaydalarının sərtləşdirilməsi, nəticədə yoluxmaların böyük həcmdə azalması ilə nəticlənir.

Bu məsələdə digər vacib amil vaksinasiya prosesidir. Azərbaycanda artıq 2021-ci ilin yanvar ayından vaksinasiya prosesinə başlanılıb. Hesab edirəm ki, insanlarımız vaksinləşmə prosesində aktiv iştirak etməli və dövlət hesabına peyvənd olunmalıdırlar. Bu proses nə qədər tez və aktiv reallaşarsa, keçmiş həyatımıza daha tez qayıtmaq şansı əldə edəcəyik.

Şəxsən özüm martın 2-də vaksinin birinci dozasını vurdurmuşam və özümü çox yaxşı hiss edirəm. Əslində vaksinasiya prosesinin uğurlu həyata keçməsi gələcəkdə karantin qaydalarının sərtləşdirilməsinin qarşısını da alacaq. Kütləvi immunitet yaranacaq və yoluxma sayı kifayət qədər aşağı olacaq".(Baku.ws)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar