Cümə, 23 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Beynəlxalq siyasi sistemdə yeni rəqəmsal savaş - Texno-demokratiya texno-avtokratiyaya qarşı...

Rəqəmsal dünyadakı cəbhələr aydın şəkildə təsbit olunub. Çin və Amerikanın rəhbərlik etdiyi cəbhələr qarşıdakı günlərdə rəqəmsal dünyaya hakim olmaq üçün sıx bir qarşıdurmaya girə bilərlər...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 3 mart 2021-ci il

Dünyanın siyasi sistemində böyümə potensialı olan yeni münaqişənin mənasını izləməli və təhlil etməliyik. Çünki bu yeni qarşıdurma rəqəmsal əlaqələr sayəsində böyük bir kəndə çevrilən qlobal sistemdə heç bir ölkədən yan keçə bilməz.

Bir müddətdir ki, rəqəmsal dünyada hegemoniya qurmaq üçün təcavüzkar hücumda olan Çinə qarşı Amerikanın bəzi addımlar atdığı müzakirə edilir. Görünən odur ki, demokratik ölkələr rəqəmsal dünyada hökmranlıq uğrunda Çinə qarşı mübarizə aparmaları üçün ABŞ “texno-demokratik” cəbhələr açmağa çalışır.

Texno-demokratiya anlayışı

Texno-demokratiya konsepsiyası ilk dəfə “Foreign Affairs” jurnalının 2020-ci il noyabr-dekabr sayında Cared Kohen və Riçard Fonteynin birlikdə yazdığı “Texno-demokratiyaları birləşdirmək (Rəqəmsal iş birliyi necə inşa edilə bilər?)” adlı bir məqalədə təqdim edilib. Buna əsasən, demokratik cəhətdən inkişaf etmiş ölkələr rəqəmsal dünyanın hökmranlığını totalitar Çinin öhdəsinə buraxmamaq üçün bir texno-demokratiya cəbhəsi olaraq texno-avtokratiyaya qarşı iş birliyi etməli və fəal şəkildə mübarizə aparmalıdırlar.

Plana əsasən, texno-demokratiya cəbhəsi əvvəlcə T-12 adlanacaq və texnoloji cəhətdən inkişaf etmiş demokratiyaları əhatə edəcəkdi. Bunlara Amerika, Avstraliya, İngiltərə, Kanada, Finlandiya, Fransa, Almaniya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya və İsveçrə aiddir.

Rəqəmsal “İpək Yolu”na qarşı

Çin 2015-ci ildə “Made in China 2025” və “Rəqəmsal İpək Yolu” layihələrini elan edərkən və aqressiv iqtisadi hegemoniya niyyətini ortaya qoyarkən Qərb dünyasında rəqəmsal hökmranlıq barədə artıq həyəcan təbili çalınmışdı. O gündən etibarən pərdə arxasında aparılan müzakirələr və hazırlıqlar ilə bu günkü texno-demokratiya cəbhəsinin formalaşması istiqamətində işlərə başlanılıb.

Çin, əslində panikaya düşüb

Heç bir açıqlama verilmir, lakin Çin ona qarşı formalaşan texno-demokratiya cəbhəsinin gücündən narahat olduğu üçün son bir ayda Çin düşüncə mərkəzi olan Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən Çen Donşionun imzası ilə nəşr olunan “Fəlakət olmadan rəqabət - Yeni Çin-ABŞ kiber təhlükəsizliyi gündəmi” başlıqlı araşdırma önə sürülüb. Bu araşdırmada Çinin rəqəmsal dünya fəaliyyətində Amerika ilə qarşıdurmadan çox, əməkdaşlığa üstünlük verəcəyi vurğulanır. Qərb dünyasında bu niyyətin nə qədər ciddi qəbul olunacağına dair şübhələr var və bu araşdırma Çinin texno-demokratiya cəbhəsinə qarşı yalnız özünü qorumaq cəhdi kimi qəbul edilir.

Təsirli bir əməliyyat

ABŞ-ın Türkiyədəki keçmiş səfiri və hazırda “Freedom House”un prezidenti olan Maykl Abromovits ilə “Freedom House”un icraçı sədri Maykl Çertofun ortaq imza ilə yazdığı “Çinin rəqəmsal avtorizminin qlobal təhdidi” araşdırması Çinin yaratdığı təhlükəni ortaya qoyur və Amerika-Avropa ictimaiyyətində prestijli və təsirli bir iş kimi qəbul edilir.

Avropa Komissiyası da “Ortaq əlaqə: AB və ABŞ-ın qlobal dəyişikliklə bağlı yeni gündəmi” adlı sənədi ilə Çinin rəqəmsal avtokratiyasına qarşı Amerika ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb. Avropa Birliyi daxilində bir müddətdir ki, ABŞ-ın rəhbərlik etdiyi rəqəmsal demokratiya cəbhəsindən kənarda qalmaq meyilləri var. Lakin bu sənəddən sonra Avropanın Çinə qarşı cəbhədə güclü bir yer tutacağı gözlənilir.

Rəqəmsal dünyadakı bu cəbhələr aydın şəkildə təsbit olunduğu üçün Çin və Amerikanın rəhbərlik etdiyi cəbhənin qarşıdakı günlərdə rəqəmsal dünyaya hakim olmaq üçün sıx bir qarşıdurmaya girəcəyini deyə bilərik.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin ABŞ

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda “Lamborghini” sürən gənc vəzifəli şəxsin oğludur - Video

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

Hüseynbala Mirələmovun videosu ABŞ telekanalında - Dünyaca məşhur oldu...

Yaşar Nurinin xanımı “od püskürdü“: “Vilayət Eyvazova müraciət edəcəyəm”

Zeynal Nağdəliyevin milyonları Rusiya və Avropaya necə daşınır?

Paşinyan “Zəngəzur dəhlizi”nin açılmayacağını dedi... - Olmasa nələr olacaq?..

"Eks-deputat eləmədi tənbəllik əl uzatdı qızın..." — Mirələmova şeir qoşdular- Video

Qazilər Nərimanov Rayon İcra Hakimiyyəti basçışının villasını axtarırlar

Ukraynaya görə Türkiyə və Rusiya arasında yaranan gərginlik... - Rusiya niyə bu qədər narahatdır?

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

Ən çox oxunanalar