Cümə, 23 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Mədəniyyət naziri: "Zəfər Muzeyinin təxmini yeri məlumdur, hazırlıq işləri başlayıb"

“Zəfər Muzeyi ilə bağlı hazırlıq işlərinə başlamışıq. Yer də təxmini məlumdur”.

Bunu “Report”un Türkiyə bürosuna müsahibəsində Ankarada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, məsələ ilə bağlı müzakirələr davam edir. Nazir vurğulayıb ki, Zəfər Muzeyi Azərbaycanın Qarabağ zəfərinin simvoluna çevrilməli və gənc nəsillərə bu qələbənin nə qədər ağır şəraitdə əldə edildiyini, eyni zamanda necə şərəfli olduğunu isbat etməli və göstərməlidir: “Mədəniyyət Nazirliyi olaraq bununla bağlı bir çox yerli və xarici ekspertlərlə iş görürük. Məqsədimiz bu muzeyi təkcə Azərbaycanda yox, dünyada da unikal muzeyə çevirmək və şanlı qələbəmizi, Ali Baş Komandanın rəhbərliyi və siyasi iradəsi ilə qazanılan zəfərimizi dünyaya tanıtmaqdır. Bu zəfər tək Azərbaycanın yox, bütün Türk dünyasının zəfəridir”.

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda “Lamborghini” sürən gənc vəzifəli şəxsin oğludur - Video

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

Yaşar Nurinin xanımı “od püskürdü“: “Vilayət Eyvazova müraciət edəcəyəm”

Hüseynbala Mirələmovun videosu ABŞ telekanalında - Dünyaca məşhur oldu...

Zeynal Nağdəliyevin milyonları Rusiya və Avropaya necə daşınır?

Qazilər Nərimanov Rayon İcra Hakimiyyəti basçışının villasını axtarırlar

"Eks-deputat eləmədi tənbəllik əl uzatdı qızın..." — Mirələmova şeir qoşdular- Video

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

Ukraynaya görə Türkiyə və Rusiya arasında yaranan gərginlik... - Rusiya niyə bu qədər narahatdır?

"Bütün günü qabağınıza göyərti qoyub yeyin" - Aybəniz Haşımova

Ən çox oxunanalar