Bazar, 18 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İsrafil  Kərimov:"Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər"

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər, bölgədə bu gün yaşanan reallıqlar beynəlxalq ictimaiyyət üçün böyük maraq doğurur. Ölkə başçısı İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 35-dən artıq  media orqanının ünvanladığı 50-yə yaxın sualın mahiyyətinə diqqət yetirərkən bunu aydın şəkildə gördük. Bu gün Azərbaycan bölgədə yeni reallıq yaradıb. Bununla da ilk növbədə bəzi beynəlxalq təşkilatların və dövlətlərin Ermənistanın işğal siyasətinə dəstək verən mövqelərinə tutarlı zərbə vurulmuşdur. Azərbaycan göstərdi ki, torpaqlarının işğal altında qalması ilə heç vaxt razılaşa bilməz. Danışıqlarda imitasiya edən, zamanı uzatmaqla işğala daha güclü beynəlxalq dəstək almaq istəyən Emənistan güc yolu ilə Azərbaycan torpaqlarından qovuldu.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasının hüquqi-siyasi təsdiqi və bölgədə yaranmış yeni reallığın təcəssümüdür. Bu sənəd həm də bölgədəki sülhün və təhlükəsizliyin zəmanətidir. Bu sənədə imza atmaqla Ermənistan bir dövlət olaraq öz üzərinə öhdəliklər götürüb. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Ermənistan bu öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir.

Ermənistanda aylardır ki, mitinqlər keçirən müxalifət və keçmiş hərbi xunta tərəfdarları həm hakimiyyətə, həm də üçtərəfli bəyanatlara qarşı çıxırlar. Lakin bu sənədə qarşı çıxmaq Ermənistana ağır başa gələ bilər. Prezident İlham Əliyev mətbuat konfansında bəyanata qarşı çıxmaq istəyənlərə də xəbərdarlıq etdi. “Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks-təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Yəni Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar”. 

 İkinci Qarabağ müharibəsi regionun gələcək inkişafı üçün  nadir imkanlar yaradıb. Mətbuat konfransında  dövlətimizin başçısı qeyd etmişdir ki, regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur: «Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq.»

Artıq bundan sonra hər iki xalq sülh şəraitində yaşamalıdırlar. Bu gün Azərbaycanda minlərlə erməni yaşatır, onların bütün hüquqları qorunur. Ermənilər uzun illlər ərzində Azərbaycanlılarla birgə əmin-amanlıq şəraitində yaşayıblar. Başqa dövlətlərin ərazilərində də birgəyayayış vardır. Gürcüstanı misal çəksək orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. Ölkəmizdəki bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və onların bütün hüquqlarının qorunmasına dövlətimiz təminat verir.

Bu gün Azərbaycanın bölgədə yaratdığı reallıqlarla həm Ermənistan, həm də digər dövlətlər  barışmalı, hesablaşmalıdırlar. Prezident İlham Əliyev mətbuat konfransında bu məqamı da xüsusi qeyd etdi ki, bizim üçün yeni dövr başlayır və postmüharibə dövrü bir çox ölkələr üçün də çətin dövr olub. İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz postmüharibə dövrünün prioritetlərinin gerçəkləşməsi üçün daha da möhkəmlənib. Birliyimiz isə Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinə səbəb olacaqdır.

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı təfərrüat

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlamas

Lukaşenkonu “Ənvər Sadat kimi öldürmək” istəyiblər - Video

Qalmaqallı bələdiyyə sədri vəzifəsindən azad edildi

“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

Bu görüntülərə görə Elzanı yenə ələ saldılar - Fotolar

Ən çox oxunanalar