Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Böyük şirkətlərin senzurası - Söz azadlığı daha hansı qəliblərə salına bilər?..

“Mətbuatın pulla satın alına bilməsi, beynəlxalq maliyyə dairələrinin mətbuata olan gizli təsiri və ya xarici dövlətlərin gizlədilmiş müavinətlərinin təsiri ilə ictimaiyyətin aldadılacağından qorxmaq lazımdır”...

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 3 mart 2021-ci il

“Reuters”in verdiyi məlumata görə, pandemiya elan edildikdən sonra hazırlanan peyvəndlər haqqında səhv məlumat verən tvit-lərə xəbərdarlıq qoymağa başlayan Twitter bu cür halları təkrarlayanların hesabını məhdudlaşdıracaq və ya daimi olaraq siləcək.

Hesabata görə, Twitter 2020-ci ilin dekabr ayından etibarən 8400-dən çox tvit-i silib və dünya üzrə 11,5 milyon hesaba məhdudiyyətlər qoyub.

Burada ağla gələn ilk sual budur: bu mesajlarda yanlış məlumatlar verildiyinə kim qərar verir? Bu baxışı kim aparır? Twitter-in verdiyi şərhlərə görə bu barədə bir qrup araşdırma aparır. Bu analiz nəticələri daha sonra avtomatlaşdırılmış vasitələrə köçürülür. Beləliklə, süni intellekt işə düşür.

Twitter nə səhiyyə qurumudur, nə də bir məhkəmə qurumu. Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlə bağlı açıqlamaları əsas götürülsə də, görəsən, bütün dünyanın bu məlumatların doğruluğunu qəbul etməsini və zidd fikirlər yaymamasını hansı hüquq və səlahiyyətlə tələb edir?

Twitter sadəcə bir mesajlaşma platformasıdır. Üstəlik, jurnalistikada da hər mövzuya aid bütün fikirləri dərc etmək lazımdır. Nəticədə, Twitter ABŞ-da yerləşən bir şirkətdir və əsasən, Amerika qanunlarına tabedir. ABŞ isə bütün dünyaya söz və ifadə azadlığı, mətbuat azadlığı və insan hüquqları barədə xəbərdarlıqlar verir.

Sonuncu dəfə ABŞ Nümayəndələr Palatasının 170 üzvü ABŞ dövlət katibi Entoni Blinkenə yazdığı bir məktubda Türkiyəyə insan hüquqları və demokratiya pozuntularının azalması üçün təzyiq göstərilməsini tələb edib. Amerika nümayəndələri ABŞ media qurumlarının dünyanın hər yerində öz həqiqətlərinə uyğun olmayan fikirlər irəli sürən insanların ifadə azadlığını əngəlləməsi barədə də bir məktub yazmalı deyillərmi? Məktubu kənara qoysaq, nümayəndələr hər fürsətdə senzuraya qarşı çıxmalı deyillərmi?

Türkiyədə isə Rabitə Nazirliyi “Doğru mu?” adında bir yoxlama platformasının qurulacağını açıqlayıb. BBC-dən Özge Özdemirin verdiyi məlumata görə, dövlətə bağlı olan bir yoxlama platformasının qurulduğu tək ölkə Türkiyə deyil və ABŞ mərkəzli Beynəlxalq Yoxlama Nəzarəti Şəbəkəsinin direktoru Baybars Örsekin sözlərinə görə, yoxlama şəbəkələrin siyasi aktyorlardan asılı olmadan fəaliyyət göstərməlidir.

Örsek niyə görə dövlətdən kənar yoxlama orqanlarının müstəqil və tərəfsiz olduğunu düşünür? Əksinə, bu təşkilatlar tez-tez qlobal şirkətlər tərəfindən maliyyələşdirilir və əsas işləri də onların maraqlarına zidd olan xəbərləri inkar etməkdir. Dövlətləri qlobal şirkətlər əvəz edir, əsas məsələ budur.

Dr. Sarphan Uzunoğlunun şərhlərinə gəldikdə isə o, yoxlama platformaları barədə: “Dünyada yalnız bir həqiqət varmış kimi davranmaq da səhvdir. Çox vaxt təsdiqi və ya inkarı görmək də insanların fikrini dəyişdirmir”, deyə qeyd edib.

Burada, xüsusilə Atatürkün: “Mətbuatın pulla satın alına bilməsi, beynəlxalq maliyyə dairələrinin mətbuata olan gizli təsiri və ya xarici dövlətlərin gizlədilmiş müavinətlərinin təsiri ilə ictimaiyyətin aldadılacağından qorxmaq lazımdır”, sözləri yada düşür.

İllər əvvəl balkar türklərindən olan Örüzlan Bolat mənə: “İnsan planetini ələ keçirən yaddaş zəifliyinin ən ağır tərəfi getdikcə dünyamızı əhatə edən və beləliklə, onu boğan şiddətli yalanlar və uydurma xəbərlərdir”.

Əksər yoxlama təşkilatlarının əsas məqsədi qlobal şirkətlərin maraqlarına zidd olan xəbərləri inkar etmək və bu xəbərləri istehsal edənləri nüfuzdan salmaqdır. Sosial media platformaları da bu istiqamətdə söz və ifadə azadlığını boğmağa çalışırsa, yəqin ki, dünyanın yaddaş pozğunluğu yaşadığını başqa nümunələrlə izah etməyə ehtiyac yoxdur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Twitter

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Mehdiyev Ziya Məmmədovun qardaşını işdən çıxarıb? – Açıqlama

Natiq Cəfərli Tofiq Yaqubluya: “Qağa, vallah bu siyasət sənlik deyil“

Ən çox oxunanalar