Cümə, 23 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Beş ərəb ölkəsində dərin maliyyə böhranı yaranıb

COVID-19 pandemiyası və silahlı münaqişələr səbəbindən 5 ərəb ölkəsi dərin maliyyə böhranı, milli valyutaların kursunun kəskin azalması ilə üzləşib.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Livan, Suriya, İraq, Sudan və Yəməndə milli valyutaların ABŞ dollarına qarşı dəyərdən düşməsi və inflyasiyanın yüksək səviyyəsi humanitar fəlakət həddinə çatıb.

Martın 3-də Livan funtunun dollara nisbətdə kursunun 10 mini keçməsi yeni etiraz dalğalarına səbəb olub. Paytaxt Beyrutda insanlar qiymətlərin artması və ərzaq qıtlığına etiraz nümayişləri keçirir. Livan hökuməti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının kredit şərtlərini qəbul etsə də, yaxın aylarda vəziyyətin sabitləşəcəyi mümkün deyil.

Suriyada da dolların kursu rekord həddə (1 dollar=4 min Suriya funtu) çatıb. On ildən artıq davam edən silahlı münaqişə nəticəsində iqtisadiyyatı tamamilə dağılmış bu ölkənin heç bir beynəlxalq kredit reytinqi yoxdur və maliyyə böhranının daha da dərinləşəcəyi, aclıq və səfalətin artacağı gözlənilir.

Yəmənin Baş naziri Main Əbdül Malik isə bəyan edib ki, milli valyutanın dəyərdən düşməsi ölkədə kütləvi aclıqla nəticələnə bilər. O, BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon söhbətində bildirib ki, yaxın günlərdə Yəmən rialının kursunun daha da aşağı düşməsinin qarşısı alınmazsa, humanitar fəlakət qaçılmazdır. Baş nazir BMT və Qərb ölkələrinin təcili yardımına ehtiyac olduğunu diqqətə çatdırıb.

İraq hökuməti isə büdcə kəsirini aradan qaldırmaq məqsədilə yeni devalvasiyaya getməli olub. Ötən ilin sonunda 1200 İraq dinarı olan 1 ABŞ dolları martın 3-də 1450 dinara çatıb. Ölkənin büdcəsi də təsdiq edilməyib və əsas ərzaq məhsullarının idxal edilməsi səbəbindən qiymətlər kəskin artıb.

Sudan hökuməti də milli valyutanın dəyərdən düşməsinin qarşısını ala bilmir. Belə ki, ötən il 150 Sudan funtu olan 1 ABŞ dollarının məzənnəsi 420 funta çatıb. Yüksək həddə inflyasiya və aclıq təhlükəsi nəticəsində ölkədə etiraz nümayişləri başlayıb. Efiopiyada silahlı münaqişə nəticəsində on minlərlə qaçqının bu ölkəyə pənah gətirməsi isə onsuz da ağır olan sosial-iqtisadi böhranı daha dərinləşdirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda “Lamborghini” sürən gənc vəzifəli şəxsin oğludur - Video

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

Yaşar Nurinin xanımı “od püskürdü“: “Vilayət Eyvazova müraciət edəcəyəm”

Hüseynbala Mirələmovun videosu ABŞ telekanalında - Dünyaca məşhur oldu...

Qazilər Nərimanov Rayon İcra Hakimiyyəti basçışının villasını axtarırlar

Zeynal Nağdəliyevin milyonları Rusiya və Avropaya necə daşınır?

Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir?

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

"Eks-deputat eləmədi tənbəllik əl uzatdı qızın..." — Mirələmova şeir qoşdular- Video

Ukraynaya görə Türkiyə və Rusiya arasında yaranan gərginlik... - Rusiya niyə bu qədər narahatdır?

Ən çox oxunanalar