Bazar, 18 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Bu barədə PİA.az-a XİN-dən bildirilib.

Nazir C.Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər və Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərinə qarşı olan pozucu əməlləri barədə italiyalı həmkarına məlumat verib.

Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin normallaşması üçün üçtərəfli bəyanatların bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər həmçinin ölkələr arasında mövcud olan münasibətlərin hərtərəfli inkişafı perspektivləri, regiondakı yeni əməkdaşlıq imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlamas

Lukaşenkonu “Ənvər Sadat kimi öldürmək” istəyiblər - Video

Unudulmuş Qaralov.. – Onun cəzası da günahları qədər ağır olmalıdır!

Mübariz Mənsimovun gizli əmlakını Türkiyə detektivləri axtaracaq

“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

Ən çox oxunanalar