Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qanundan… kənar

Jurnalist dostlardan biri elektron poçtuma məktub göndərib. Təəccüblə yazır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti işləri necə tendersiz həyata keçirilə bilər?!.

Qarabağdakı hərbi qələbədən sonra çox adamın idarəetmədə şəffaflıq və hesabatlılıq islahatlarına ümidi yaranmışdı. Bunu toplumumuzun böyük kəsiminin saflığına bağlamaq lazımdır.

Açığı, mənim şəffaflıq və hesabatlılıq ümidim heç vaxt olmayıb. Azad mediaya, azad seçimə, şəffaf, peşəkar və etibarlı statistikaya, sivil toplumun sərbəst fəaliyyətinə dözümlü münasibət göstərməyən, bunda maraqlı olmayan idarəçilikdən nə umasan?

Tender məsələsinə gəldikdə, “Dövlət satınalmaları haqqında”  qanunun çox ciddi problemləri var. Qanun qeyd edir ki, dəyəri 50 min manatı ötən bütün dövlət satınalmaları açıq tender əsasında həyata keçirilməlidir (17.1-ci maddə). Amma ardınca yazılır ki, müvafiq dövlət qurumunun təsdiqi əsasında 50 min manatdan yuxarı dəyəri olan satınalmalar digər üsullarla da aparıla bilər (17.3-cü maddə). Bunun üçün şərtlər nədir, əsaslandırma necə olmalıdır – bu məqamın üzərindən sükutla keçilir.

Yaxud qeyri-rəqabətli satış üsulu kimi “bir mənbədən satınalma” üsulunun (21-ci maddə) qanunda saxlanması lazım gələndə hüquqi əsaslandırmalar üçün münbit şərait yaradır. Ona görə də qabaqcıl ölkələr kimi bütün qeyri-rəqabətli satınalma üsullarını qanundan çoxdan çıxarmaq (ya da maksimum məhdudlaşdırmaq) lazım idi. “Dövlət satınalmaları haqqında” qanunda məmurlara açıq tenderdən yayınmağa bəhanə (əsas) verən heç bir müddəa olmamalıdır.

Qarabağdakı bərpa və tikinti işləri xarakterinə və həcminə görə dövlət satınalmaları qanununda nəzərdə tutulan 6 satınalma üsulundan yalnız birinə – açıq tenderlərə uyğun gəlir. Açıq tender üçünsə gərək ictimai qaydada tender elanları olsun, nəticələrlə bağlı bildirişlər çap edilsin, tender müqavilələrinə dair məlumatlar elektron satınalma portalı vasitəsilə yayılsın… Bunların heç biri olmayıb. Deməli, jurnalist dostumuzun həyəcanla yazdığı kimi, bütün işlər hətta formal satınalmaya ehtiyac olmadan aparılır… (novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Şəhid anası: "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Ən çox oxunanalar