Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

Koronavirusa yoluxmaların sayında son günlərdə müşahidə edilən artım həm qış mövsümündən yaz mövsümünə keçidlə bağlı bədənimizdə olan dəyişikliklə əlaqəlidir, həm də havaların bir az soyuq keçməsi ilə həm COVID-19, həm də digər qripal xəstəliklərin artma reallığı ilə üz-üzəyik.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, bu gün digər narahatverici məqamlardan biri Novruz bayramı günlərində milli dəyərlərimizdən qaynaqlanaraq insanlar arasında təmasların daha da artmasının qripal xəstəliklərin yayılması üçün daha bir zəmin yaratmasıdır:

“Ölkədə epidemioloji vəziyyətin yenidən istəmədiyimiz səviyyəyə gəlməməsi üçün hər bir vətəndaşın mövcud epidemioloji qayda-qanunlara daha ciddi şəkildə riayət etməsi vacibdir. Bu həm də yaxın günlərdə, yəni təqribən 10-15 gün ərzində, bayram öncəsi Operativ Qərargahın daha sərt tədbirlər görməsini əngəlləyən amillərdən biri olacaq.

Heç bir dövlət sərt qapanmanın tərəfdarı deyil. Amma insan həyatı üçün təhlükə yaradan və ölkədə səhiyyə sisteminə zərər verə biləcək vəziyyətlərlə üz-üzə qaldığımız zaman əlbəttə ki, məcburiyyət qarşısında bütün dünyada olduğu kimi ölkəmizdə də belə qərarların verilməsi bəzən qaçılmaz olur”. (“İki sahil”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar